Nazim Mustafayev: Redaktələr arasındakı fərq
Redaktənin izahı yoxdur |
Redaktənin izahı yoxdur |
||
| Sətir 48: | Sətir 48: | ||
=== Əmək fəaliyyəti === | === Əmək fəaliyyəti === | ||
1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi | 1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi, | ||
1983-cü ildən 2021-ci ilədək isə laboratoriya müdiri vəzifəsində çalışıb. | |||
=== Elmi fəaliyyəti === | === Elmi fəaliyyəti === | ||
Səhifəsinin 15:37, 10 aprel 2026 tarixinə olan son versiyası
| Nazim Mustafayev | |
|---|---|
| Mustafayev Nazim Pirməmməd oğlu | |
| Nazim Mustafayev. | |
| Təvəllüdü | 9 aprel 1941 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| Elmi dərəcəsi | kimya elmləri doktoru |
| Elmi adı | professor |
| Mükafatları |
|
Nazim Mustafayev — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının sabiq müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
9 aprel 1941-сi il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1958 – 1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,
1963 – 1966-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi,
1983-cü ildən 2021-ci ilədək isə laboratoriya müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1968-ci ildə “Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusu üzrə namizədlik,
1991-ci ildə isə “Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyirilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.
1992-ci ildə professor elmi adını alıb.
208 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərindən 90-nı çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.
Təltif və mükafatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970);
- “Əmək veteranı” medalı (1987);
- Türkiyə Firat Unuversitetinin “Xatirə” medalı (1991);
- AMEA Rəyasət Heyətinin Fəxri fərmanları (2001, 2006, 2011).
Mənbələr[Vizual/Mobil redaktə | HTML redaktə]
- Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Mustafayev Nazim Pirməmməd oğlu : [arx. =16 Jan 2017 - 20 Sep 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 09.04.2023.
- Məmmədov Ə., Xalıqov F. Mustafayev Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 434-435. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- N
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 9 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1941-ci ildə doğulanlar
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr