Refik Samet

AZE.WIKI materialı
WikiSysop (müzakirə | redaktələr) (Səhifəni 'Kateqoriya:R{{Alim |Adı = Refik Samet |Piktoqram = riyaziyyat |Orijinal adı = ({{lang-az|Rafiq Səmədov}}) |Şəkil...' ilə yarat) tərəfindən edilmiş 00:22, 26 mart 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Refik Samet
(az.: Rafiq Səmədov‎)
Refik Samet
Təvəllüdü 1960
Anadan olduğu yer SSRİ
Azərbaycan SSR, Şəki
Vətəndaşlığı SSRİ→ Türkiyə
İş yeri Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının mühəndislik fakültəsi
Elmi dərəcəsi professor
Təhsili Kiyev Politexnik Universiteti, Avtomatika və texniki sistemlərin idarə olunması kafedrası (ali və magistr təhsili); Rusiya Milli Elmlər Akademiyasının Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutu (doktorantura)

Refik Samet (az.: Rafiq Səmədov‎) – azərbaycanlı alim, informatika elmləri doktoru. Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının mühəndislik fakültəsinin dekanı (2004-cü ildən). Onlarla elmi işin müəllifi, yaxud həmmüəllifi.

Həyat və fəaliyyəti

  • 1960-ci ildə Şəkidə anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Şəkidə, ali təhsilini isə 1977-1983-cü illərdə Kiyev Politexnik Universitetində alıb.
  • 1983-1986-cı illərdə Azərbaycan SSR Dövlət Kosmik Tədqiqatlar Komitəsinin Təbii Sərvətlərin Kosmik Tədqiqatı İnstitutunda işləyib.
  • 1986-1992-cı illərdə Moskvada, Rusiya Milli Elmlər Akademiyasının Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutunun aspirantı olub.
  • 1992-1996-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda işləyib.
  • 1997-2004-cü illərdə Türkiyənin Dənizli şəhərindəki Pamuqqala Universiteti Mühəndislik Fakültəsinin Elektrotexnika mühəndisliyi bölməsində işləyib.
  • 2004-cü ildən isə Ankara Universiteti Kompüter Mühəndisliyi kafedrasının mühəndislik fakültəsinin dekanıdır.

Ana dilindən başqa həm də rus, ukrayna, türk və ingilis dillərində sərbəst danışır.

Mənbə

Şablon:Yaxşı məqalə