Xalid Hacıyev

AZE.WIKI materialı
WikiSysop (müzakirə | redaktələr) (→‎=Təhsili) tərəfindən edilmiş 13:31, 18 aprel 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Xalid Hacıyev
Hacıyev Xalid Məmmədsaleh oğlu
Xalid Hacıyev
Xalid Hacıyev, 2012-ci il
Anadan olub 7 noyabr 1934 (1934-11-07) (92 yaş)
Anadan olduğu yer Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Övladı Səbinə Hacıyeva
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili I.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutu (1953–1958)

Xalid Hacıyev — tanınmış tikinti mütəxəssisi və basketbol hakimi; uzun müddət tikinti sahəsi üzrə layihə institutunda çalışmış, məsul vəzifələr tutmuş, həmçinin, paralel olaraq idmanın basketbol növü ilə də məşğul olmuş və SSRİ kateqoriyalı basketbol hakimi dərəcəsinə malik olmuşdur.

Haqqında məlumatlar

7 noyabr 1934-cü il tarixdə Nuxada anadan olub.

Təhsili

1943 – 1953-cü illərdə Dəmir Yolları Nazirliyinin nəzdindəki 1 nömrəli dəmir yol məktəbində,

1953 – 1958-ci illərdə İ.V.Stalin adına Moskva Nəqliyyat Mühəndisləri İnstitutunda (dəmiryol istismarı mühəndisi ixtisası üzrə) təhsil alıb.

Əmək fəaliyyəti

1958 – 1972 — “Azdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunda mühəndis, baş mühəndis, qrup rəhbəri, tikinti şöbəsinin rəis müavini (1965-ci ildən) və 2 saylı memar-inşaat şöbəsinin rəisi (1969-cu ildən);

1972 – 1973 — Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin sənaye tikinti şöbəsinin rəisi;

1973 – 1975 — “Azdövlətlayihə” Dövlət Layihə İnstitutunda baş mühəndis;

1975 – 1982 — “İttfaqyollayihə” Dövlət Layihə İnstitutunun Bakı filialının müdiri;

1982 – 1985 — Azərbaycan SSR-in Moskva şəhərindəki Daimi Nümayəndəliyində baş referent;

1985 – 1985 — “Bakışəhərlayihə” Layihə İnstitutunda baş mühəndisin müavini;

1985 – 1992 — “Azəraqrolayihə” Layihə İnstitutunun müdiri;

1992 – 1996 — “Azəraqrartikinti” ATSC-də baş mütəxəssis;

1996 – 2002 — “Aqrarlayihə” MMC Bakı filialının rəisi;

2002 – 2004 — “Azəraqrartikinti” ATSC-nin TMHLSSE şöbəsinin baş mütəxəssisi;

2004 – 2018 — “Azəraqrartikinti” ASC Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

Ailəsi

İki qızı var: Böyük qızı Səbinə – memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiridir; kiçik qızı Miladə, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra, təhsilini İtaliyada davam etdirib, orada yaşayır və işləyir.

Digər

Tələbəlik illərindən basketbolda hakimliyə maraq qöstərib. 1967-ci ildə SSRİ xalqlarının yubiley Spartakiadasının nəticələrinə əsasən Xalid Hacıyev basketbol üzrə ümumittifaq kateqoriyalı hakim dərəcəsi alıb. Çoxillik idman hakimliyi dövründə müxtəlif səviyyələrdə mindən çox oyunun (rayon, şəhər yarışları, Azərbaycan və SSRİ çempionatları, habelə beynəlxalq yoldaşlıq oyunları) hakimi olub.

2007-ci ildə Həcc ziyarətinə gedib.

Şablon:Yaxşı məqalə