Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Afaq Tahirova

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:17, 20 iyun 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Afaq Tahirova
Tahirova Afaq Ənvər qızı
Afaq Tahirova
Afaq Tahirova.
Təvəllüdü 2 may 1948 (1948-05-02) (78 yaş)
Anadan olduğu yer Nuxa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
İş yeri AMEA A.Bakıxanov adına Tarix İnstitutu, Azərbaycanın sovet dövrü tarixi şöbəsi (aparıcı elmi işçi)
Təhsili

Şəki Musiqi Texnikumu (–1969)

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (–1974)

Afaq Tahirova — tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi.

Haqqında məlumatlar

2 may 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1966-ci ildə Nuxa şəhər 8 №-li orta məktəbini,

1969-cu ildə Şəki Musiqi Texnikumunu,

1974-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Elmi fəaliyyəti

2004-cü ildə “Şəki şəhərinin tarixi (1920-iyun 1941)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 20-dir.

Əmək fəaliyyəti

1978-ci ildən Azərbaycan SSR EA/AMEA A.Bakıxanov adına Tarix İnstitutunda işləyir;

2015-ci ildən institutunun Azərbaycanın Sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisidir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Tahirova Afaq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 385. — 1.000 nüsx.
  2. "Tarix İnstitutunun fəlsəfə doktorları / Tahirova Afaq Ənvər qızı". http://science.gov.az/ (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2021. 20 Jun 2021 tarixində arxivləşdirilib.

Bildiriş