Refik Samet
| Refik Samet | |
|---|---|
| (az.: Səmədov Rafiq Yaqub oğlu) | |
| Refik Samet. | |
| Təvəllüdü | 18 aprel 1960 |
| Anadan olduğu yer |
Baş Göynük, Nuxa rayonu (indiki Şəki rayonu), |
| Vətəndaşlığı |
|
| İş yeri | Ankara Universiteti, mühəndislik fakültəsi, kompüter mühəndisliyi kafedrası |
| Elmi dərəcəsi | informatika elmləri namizədi |
| Elmi adı | professor |
| Təhsili |
• Kiyev Politexnik İnstitutu, avtomatika və texniki sistemlərin idarə olunması fakültəsi (1977–1983) • Rusiya Milli Elmlər Akademiyası Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutu, aspirantura (1988–1992) |
Refik Samet (az.: Səmədov Rafiq Yaqub oğlu) — informatika elmləri namizədi, professor, Ankara Universitetinin mühəndislik fakültəsinin kompüter mühəndisliyi kafedrasının müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
18 aprel 1960-ci il tarixdə Nuxa rayonunun (indiki Şəki rayonu) Baş Göynük kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1967 – 1977-ci illərdə Baş Göynük kənd orta məktəbində,
1977 – 1983-cü illərdə Kiyev Politexnik İnstitutunda,
1988 – 1992-ci illərdə Rusiya Milli Elmlər Akademiyası Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1983 – 1986-cı illərdə Azərbaycan SSR EA Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində kiçik elmi işçi,
1986 – 1992-ci illərdə Rusiya Milli Elmlər Akademiyası Vadim Trepeznikov adına Problemlərin İdarəolunması İnstitutunda elmi işçi-aspirant,
1992 – 1996-cı illərdə AMEA Kosmik Tədqiqatlar İnstitutunda baş elmi işçi,
1997 – 2004-cü illərdə Pamuqqala Universitetinin (Dənizli, Türkiyə) mühəndislik fakültəsinin elektrik-elektron mühəndisliyi kafedrasında dosent vəzifəsində çalışıb.
2004-cü ildən Ankara Universitetinin mühəndislik fakültəsinin kompüter mühəndisliyi kafedrasında işləyir; o cümlədən,
2004 – 2017-ci illərdə dosent,
2017-ci ildən professor,
2019-cu ildən kafedranın müdiri vəzifəsini tutub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
2017-ci ildə professor elmi adını alıb.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Prof.Dr. REFİK SAMET : [arx. 19 Oct 2023 - 5 Feb 2024] : [tur.] // Ankara Üniversitesi Akademik Veri Yönetim Sistemi. — Müraciət tarixi: 18.04.2024.
- Aydəmir Ş. Azərbaycanı dünyada tanıdanlar: Baş Göynükdən başlanan ömür : [arx. 19.03.2021]. — 2026. — 21 mart. — Müraciət tarixi: 18.04.2024.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |