Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Əli Əliyev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Əli Əliyev
Əliyev Əli Yusif oğlu
Əli Əliyev
Əli Əliyev, 1975-ci il.
Anadan olub 10 oktyabr 1930(1930-10-10)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 6 noyabr 2001 (71 yaşında)
Vətəndaşlıq SSRİ→ Azərbaycan
İxtisası mühəndis-energetik
Təhsili Azərbaycan Sənaye İnstitutu, energetika şöbəsi (1947–1953)
Mükafatları "Şərəf Nişanı" ordeniVladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı

Əli Əliyev (1930–2001) — tanınmış mühəndis-energetik; 1957 – 1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur. Daha sonra əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

10 oktyabr 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1947 – 1952-ci illərdə Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1952-ci ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi,

1953-cü ildən elektrik şəbəkəsi rəisi,

1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.

1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),

1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,

1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.

1985-ci ilin sentyabr ayından əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

6 noyabr 2001-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əliyev Əli // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 91-92. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş[HTML redaktə]