Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Afaq İbadzadə

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Afaq İbadzadə
İbadzadə Afaq Cəfər qızı
Afaq İbadzadə
Afaq İbadzadə.
Təvəllüdü 2 oktyabr 1943 (1943-10-02) (83 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
İş yeri AMEA Geologiya və Geofizika İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi texnika elmləri namizədi
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi (–1965)

Afaq İbadzadə — texnika elmləri namizədi, AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

2 oktyabr 1943-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1961-ci ildə Nuxa şəhər 10 №-li orta məktənini,

1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1977-ci ildə “SaA seolitinin köməyi ilə neft fraksiyalarından normal parafinlərin ayrılması” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Azərbaycanın alternativ yanacaq mənbələri üzrə elmi tədqiqatlar aparıb.

35 məqalənin (3-ü xaricdə çap olunmaqla), o cümlədən, bir müəlliflik şəhadətnaməsinin müəllifidir.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1965-ci ildən Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunda işləməyə başlayıb.

1985-ci ildən Azərbaycan SSR EA Geologiya İnstitutunun palçıq vulkanizmi və böyük dərinliklərin neft-qazlılığı laboratoriyasında elmi işçi vəzifəsində işləməyə başlayıb.

2002-сi ildən AMEA Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisidir.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İbadzadə Afaq // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 269. — 1.000 nüsx.
  2. Geologiya və Geofizika İnstitutunun fəlsəfə doktorları : İbadzadə Afaq Cəfər qızı : [arx. 07.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 07.09.2021.

Bildiriş[HTML redaktə]