Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Barat Osmanova

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Barat Osmanova
Osmanova Barat Rəhim qızı
Barat Osmanova
Barat Osmanova.
Təvəllüdü 8 mart 1940(1940-03-08)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 30 may 2026 (86 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri Dağ dibi qəbiristanlığı, Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ → Azərbaycan
Elm sahəsi filologiya
İş yeri AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, filologiya şöbəsi (aparıcı elmi işçi)
Elmi dərəcəsi filologiya elmləri namizədi
Elmi adı dosent
Təhsili S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi, türk filologiyası şöbəsi (1957–1962)
Övladları Jalə və Samir
Atası Rəhim Əyyub oğlu Osmanov
Anası Firat Babayeva

Barat Osmanova (1940–2026) — filologiya elmləri namizədi, dosent, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsinin aparıcı elmi işçisi.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

8 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1957-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası şöbəsində təhsil alıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1979-cu ildə filologiya elmləri doktoru Y.Şirvanın rəhbərliyi altında “Məlih Cevdət Andayın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

2018-ci ildə dosent elmi adını alıb.

5-i xaricdə olmaqla çapdan çıxmış 69 məqalənin və 6 kitabın müəllifidir. 1 fəlsəfə doktorunun elmi rəhbəri olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1962-ci ildən Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutunda/AMEA Şərqşünaslıq İnstitutunda işləyib.

1 il pedaqoji stajı var (Bakı Dövlət Universitetində saathesabı dərs deyib).

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

30 may 2026-cı il tarixdə – 86 yaşında, Bakıda vəfat edib. Şəkidə Dağ dibi qəbiristanlığında dəfn olunub.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəli idi. İki övladı və dörd nəvəsi var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Osmanova Barat // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 455. — 1.000 nüsx.
  2. Bəşirov R., Hacıyev N. Osmanova Barat Rəhim qızı // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı:  200. — Səh.: 159-161.
  3. Osmanova Barat Rəhim qızı // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı:  356. — Səh.: 226-227. — ISBN 978-9952-8176-4-5.
  4. 'Şərqşünaslıq İnstitutunun fəlsəfə doktorları : Osmanova Barat Rəhim qızı' : [arx. 21.11.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 21.11.2021.

Bildiriş[HTML redaktə]