Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Baxşəli Axundov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Baxşəli Axundov
Axundov Baxşəli Kazım oğlu
Baxşəli Axundov
Baxşəli Axundov, 1976-cı il.
Digər adı Baxşəli əfəndi
Anadan olub 13 mart 1898(1898-03-13)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat edib 5 aprel 1985 (87 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan SSR, SSRİ
Atası Molla Kazım
Vətəndaşlıq SSRİ

Baxşəli Axundov (1898–1985) — Şəkidə öz dövründə çox böyük hörmət qazanmış ziyalılardan biri. Şəkidəki birinci ibtidai musiqi məktəbinin, Şəki Musiqi Texnikumunun, Şəki Dövlət Diyarşünaslıq Muzeyininin təşkil edilməsində müstəsna xidmətləri olub. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “yeriyən canlı ensiklopediya” da adlandırılırdı[1].

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

13 mart 1898-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

İlk təhsilini Nuxada, atasının direktor olduğu yeni tipli məktəbdə alıb. Daha sonra Paris Universitetinin tibb fakültəsində oxuyub. Lakin ailə vəziyyəti ilə bağlı təhsilini yarımçıq buraxmağa məcbur olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Bir müddət İranda müəllimlik edib, sonra Nuxaya qayıdıb.

1919-cu ildə Nuxa və Ərəş qəzaları maarif müfəttişliyinin katibi,

1920-ci ilin aprel ayından sonra əvvəl qəza nahiyəsində maarıf şöbəsinin müdiri, sonra qıza maarif şöbəsinin inspektoru, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri və s. vəzifələrdə işləyib.

1936-cı ildə Kirovabadda (indiki Gəncə) qəzet redaksiyasında şöbə müdiri,

1959 – 1963-cü illərdə Nuxa Musiqi Texnikumunun direktoru,

1963-cü ildən sonra və 1970-cı illlərin birinci yarısında Nuxa ölkəşünaslıq muzeyinin müdiri olub.

1978-ci ildə təqaüdçü idi. Lakin bu ilin sonunda yenidən Şəki Diyarşünaslıq Muzeyinə müdir vəzifəsinə qaytarılıb və 1983-cü illin əvvəllərinə qədər həmin vəzifədə çalışıb.

Teatr fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1920-ci ildə Nuxada Fəhlə-kəndli klubu nəzdində teatr qrupu təşkil edib. SSRİ Xalq artisti İsmayıl Osmanlı sənət taleyindən söhbətinə həmişə bu sözlərlə başlayardı:

" Cavanlıqda nədənsə həmişə darıxırdım, həmişə narahat idim. Məni ovunduran, mənə təsəlli verə bilən bir iş axtarırdım. Ancaq onun nə olduğunu dərk edə bilmirdim. Bir dəfə Şəkidə klubun yanından keçirdim. Gördüm çalıb-oynayırlar. Orda Mahmud adlı bir oğlan var idi. O, məni apardı kluba. Rəhbərimiz rejissor, artist, həm də müəllim Baxşəli Axundov idi. O vaxtdan, yəni 1921-ci ildən mənim teatr həyatım başlandı[2]. "

Jurnalistlik fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Dövrü-mətbuatda «B.A» (“Kommunist”, “Yeni fikir” 1924 − 1937; “Şəki fəhləsi”, 1925), «Bəka» (“Kommunist”, “Yeni fikir”, “Yeni yol”, “Nuxa fəhləsi”, 1922 − 1937), «Bəxşəli» (“Şəki fəhləsi”, 1925), «Quqkay» (“Molla Nəsrəddin”, 1923), «Kazımlı» (“Yeni fikir”, “Kommunist”, “Kəndçi qəzeti”), «Maqqay» (“Molla Nəsrəddin”, 1925) imzaları ilə[3] müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çalışmışdır.

Həbsi[Vizual/Mobil redaktə | HTML redaktə]

1937-ci ildə repressiyaya məruz qalıb və 1947-ci ilə kimi Sibirdə həbsdə olub. 1956-cı ildə bəraət alıb[4].

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

5 aprel 1985-ci il tarixdə – 87 yaşında, Şəkidə vəfat edib.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəki şəhərində Baxşəli Axundovun adını daşıyan folklor evi fəaliyyət göstərir.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Axundov B. Nuxa maarifinin inkişafı // Məhyəddin Abbasov (redaktor) Nuxa fəhləsi : qəzet. — Nuxa, 1967. — В. 27 aprel. — № 50 (7.081). — Səh. 3 – 4.
  2. Məmmədli Q. İmzalar. — təkrar (2010). — «Azərbaycan Dövlət Nəşriyyatı», 1977. — Səh.: 21, 24, 25, 34. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 12 iyun 2020.
  3. Mete Ə. Axundov Baxşəli Kazım oğlu // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı:  608. — Səh.: 111-112. — 500 nüsx.
  4. Təranə Məhərrəmova (2017). "Epizodik rolların mahir ifaçısı". http://anl.az/ (azərb.). “Kaspi” qəzeti. 12 Jun 2020 tarixində arxivləşdirilib.
  5. Rəhimli İ. Baxşəli Kazım oğlu Axundov // Şəki teatrı. — Bakı: Qanun, 2016. — Səhifələrin sayı:  383. — Səh.: 9. — 500 nüsx. — ISBN 978-9952-36-230-5.
  6. Orsər R. Baxşəli Axundov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 182. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]