Elnur Abdullayev
| Elnur Abdullayev | |
|---|---|
| Abdullayev Elnur Rasif oğlu | |
| Elnur Abdullayev, 2022-ci il. | |
| Anadan olub | 20 oktyabr 1986 |
| Anadan olduğu yer |
Şəki, |
| Övladları | Rasif və Fərid |
| Atası | Rasif Abdullayev |
| Anası | Səmayə Əhmədova |
| Vətəndaşlıq |
|
| Peşələri |
• informasiya texnologiyaları üzrə texnoloq • musiqi müəllimi (tar ixtisası üzrə) |
| Milliyyəti | azərbaycanlı |
| Təhsili |
• Şəki Musiqi Texnikumu, tar ixtisası (2002–2006) • Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası), informasiya texnologiyaları texnoloqu ixtisası (2007–2013) |
| facebook səhifəsi | |
Elnur Abdullayev — Şəki Dövlət Dram Teatrının yaradıcı şöbəsinin müdiri, Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Şəki şəhər bələdiyyəsinin sabiq üzvü.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
20 oktyabr 1986-cı il tarixdə Şəkidə anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
2002 – 2006-cı illərdə Şəki Musiqi Texnikumunda tar ixtisası üzrə,
2007 – 2013-cü illərdə isə Müasir Humanitar Akademiyası (Rusiya Federasiyası) informasiya texnologiyaları texnoloqu ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2009 – 2016-ci illərdə Şəki rayonunun Turan qəsəbəsindəki musiqi məktəbində müəllim,
2016 – 2018-cı illərdə “Modenis” MMC-nin “E-manat” ödəniş terminalları brendi üzrə bölgə nümayəndəsi,
2019 – 2024-cü illərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində mühəndis vəzifəsində çalışıb.
2024-cü ilin dekabrından Şəki Dövlət Dram Teatrında səs rejissoru,
2025-ci ilin avqust ayından Şəki Dövlət Dram Teatrında Bədii Quruluş Hissəsinin müdiri vəzifəsində çalışıb.
2026-cı ilin fevral ayından Şəki Dövlət Dram Teatrında yaradıcı şöbənin müdiridir.
İctimai-siyasi aktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
2014 – 2019-cu illərdə Şəki şəhər bələdiyyəsinin üzvü olub.
2022-ci və 2025-ci illərdə Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər İcra hakimiyyətinin “İnformasiya və kommunikasiya texnologiyalarının tədbiqi” nominasiyası üzrə “İlin qalibi” mükafatı (2009);
- Şəki Regional Mədəniyyət İdarəsi və MİHİ Şəki rayon komitəsinin Fəxri fərmanı – “Dünya incəsənət günü” münasibəti ilə və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə (15.04.2022).
- Şəki şəhər İcra hakimiyyətinin Fəxri fərmanı – Azərbaycan “Gənclər günü” və Şəkinin ictimai-mədəni həyatında fəal iştirakına görə (02.02.2023)
- TÜRKSOY-un Təşəkkürnaməsi – Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının təşkilində iştirakına görə (05.07.2023).
- Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki Heydər Əliyev Mərkəzinin Fəxri fərmanı – “Heydər Əliyev İli” münasibəti ilə və Ulu öndərin irsinin təbliği sahəsində səmərəli fəaliyyətinə görə (31.12.2023).
- Şəki şəhər İcra hakimiyyətinin təltifi - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə. (07.07.2024)
- Təşəkkürnamə, TURKSOY, Xalq şairi B.Vahabzadənin 100 illik yubileyi münasibətilə Şəki Dövlət Dram Teatrında səhnələşdirilmiş “Dar ağacı” əsərinin ərsəyəgəlməsində verilmiş töhfəyə görə, (03.07.2025)
- Təltifnamə, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində, “Şəhər günü” ənənəvi bayram tədbiri münasibətilə, Şəki şəhərində mədəni-kütləvi tədbirlərin təşkilində fəal iştirakına görə. (06.07.2025)
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR ( 55 namizəd )". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
- İctimai Şura : Şəki Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın hesabatı : [arx. 19 Jun 2022 - 2 Dec 2022] // Şəki Şəhər İcra Hakimiyyəti. — Müraciət tarixi: 27.01.2023.
- Şəkidə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib : [arx. 22.02.2023] // Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti. — 2023. — 2 fevral. — Müraciət tarixi: 22.02.2023.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlər (2019)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış teatr xadimləri
- 20 oktyabrda doğulanlar
- Oktyabrda doğulanlar
- 1986-cı ildə doğulanlar
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr