Mahir Qarayev
| Mahir Qarayev | |
|---|---|
| Qarayev Mahir Vəli oğlu | |
| Mahir Qarayev. | |
| Anadan olub | 15 noyabr 1962 |
| Anadan olduğu yer |
Şin, Nuxa (indiki Şəki) rayonu, |
| Övladı | Elvin Qarayev |
| Vətəndaşlıq |
|
| Təhsili | M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutu, neft və kimya proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisası |
| facebook səhifəsi | |
Mahir Qarayev — Şin kənd tam orta ümumtəhsil məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini. İki dəfə Şin bələdiyyəsinin üzvü seçilmişdir.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
15 noyabr 1962-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Şin kəndində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1983 – 1989-cu illərdə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda neft və kimya proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1981 – 1989-cu illərdə Bakı Şin zavodunda müxtəlif vəzifələrdə,
1989 – 1990-cı illərdə 43 nömrəli peşə məktəbində (Şəki) qrup rəhbəri vəzifəsində çalışıb.
1990-ci ildən Şin kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, daha sonra isə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavinidir.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2015 və 2019-cu illərdə bələdiyyələrə seçkilərdə Şin bələdiyyəsinin üzvü seçilib.
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, iki övladı var.
Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |