Nasir Mustafazadə
| Nasir Mustafazadə | |
|---|---|
| Mustafazadə Nasir Nadir oğlu | |
| Nasir Mustafazadə. | |
| Anadan olub | 10 may 1958 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlıq |
|
| Peşəsi | “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru |
| Milliyyəti | azərbaycanlı |
| İxtisası | iqtisadçı-mühəndis |
| Təhsili | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
| Mükafatları |
|
| Adının digər versiyaları | Nasir Mustafazade, Насир Мустафазаде, Насир Мустафазадә |
| facebook səhifəsi | |
Nasir Mustafazadə — Azərbaycan Respublikasının əməkdar mühəndisi, “Azəri Servis LTD” MMC-nin direktoru.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
10 may 1958-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1975-ci ildə Şəki şəhər 12 №-li orta məktəbini bitirib.
1975 – 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb.
Hərbi xidmətdə[Vizual/Mobil redaktə | HTML redaktə]
1981 – 1982-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1980-ci ildə Baş Kolxozlararası Tikinti İdarəsinin Şəkidəki 7 nömrəli tikinti trestində əmək fəaliyyətinə başlayıb.
1983 – 1987-ci illərdə Şəkidə yenicə yaranmış Könüllü Yanğından Mühafizə Cəmiyyətinin sədri,
1987 – 1988-ci illərdə isə Şəki şəhər Abadlıq Kombinatının direktoru vəzifəsində çalışıb.
1988-ci ildə seçki yolu ilə Şəki Kommunal Təsərrüfatı Birliyinin baş direktoru seçilib.
1991 – 2004-cü illərdə “Azərkəndsutəchizatı” Dövlət Konserninin 16 nömrəli Mexanikləşdirilmiş Səyyar Dəstəsinin rəisi olub.
2000-ci ildə “Azəri Servis LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib və həmin vaxtdan bu şirkətin rəhbəridir.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (10 aprel 2014);
- “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı (10 aprel 2017).
Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]
Ailəlidir, üç övladı, üç nəvəsi var.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |