Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Nazim İbrahimov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Nazim İbrahimov
İbrahimov Nazim Asabəli oğlu
Nazim İbrahimov
Nazim İbrahimov.
bayraqŞəki Şəhər İcra Hakimiyyətinin başçısıbayraq
30 sentyabr 2004 — 21 aprel 2010
Sələfi Əşrəf Məmmədov
Xələfi Murad Cabbarlı
Şəxsi məlumatlar
Təvəllüdü 1 sentyabr 1951 (1951-09-01) (75 yaş)
Doğulduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Atası Əsabəli İbrahimov
Təhsili D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, ticarətin iqtisadiyyatı fakültəsi (1968–1972)

Nazim İbrahimov — Şəki Şəhər İcra Hakimiyyətinin sabiq başçısı.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

1 sentyabr 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1968-ci ildə Bakıda 150 saylı orta məktəbini bitirib.

1968 – 1972-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakültəsində təhsil alıb.

Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]

1973 – 1974-cü illərdə sovet ordusunda hərbi xidmətdə olub.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1974 – 1976-cı illərdə Xüsusi Tikinti-Quraşdırma İdarəsində mühəndis,

1976 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Ticarət Nazirliyində şöbə rəisi, nazir köməkçisi, idarə müdiri, departament rəisi,

2001 – 2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankı Mərkəzi idarəetmə Departamentinin direktoru və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.

2004 – 2010-cu illərdə isə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı olub.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. İbrahimov Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 197-198. — 600 nüsx. — ISBN 5-8066-1708-4.

Bildiriş[HTML redaktə]