Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Nazim Mustafayev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Nazim Mustafayev
Mustafayev Nazim Pirməmməd oğlu
Nazim Mustafayev
Nazim Mustafayev.
Təvəllüdü 9 aprel 1941 (1941-04-09) (85 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
Mükafatları "Əmək veteranı" medalı

Nazim Mustafayev — kimya elmləri doktoru, professor, AMEA akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Transmissiya və sənaye yağları üçün aşqar və aşqar kompozisiyaları laboratoriyasının sabiq müdiri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

9 aprel 1941-сi il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1948 – 1958-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1958 – 1963-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1963 – 1966-ci illərdə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1966-cı ildə Azərbaycan SSR EA Aşqarlar Kimyası İnstitutunun Transmissiya yağları üçün aşqarlar laboratoriyasında işləməyə başlayıb; əvvəl kiçik elmi işçi, sonra böyük mühəndis, daha sonra kiçik elmi işçi və nəhayət böyük elmi işçi,

1983-cü ildən 2021-ci ilədək isə laboratoriya müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1968-ci ildə “Ksantogenatlar, tiollar və arilxlorfosfitlər əsasında kükürd və fosforsaxlayan birləşmələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusu üzrə namizədlik,

1991-ci ildə isə “Tiokarbon turşuları törəmələri əsasında sürtkü yağlarına effektli yeyilmə və siyirilməyə qarşı aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1992-ci ildə professor elmi adını alıb.

208 elmi əsərin, o cümlədən 100 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Əsərlərindən 90-nı çap olunmuşdur. 18 elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub.

Təltif və mükafatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Mənbələr[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Aşqarlar Kimyası İnstitutunun elmlər doktorları : Mustafayev Nazim Pirməmməd oğlu : [arx. =16 Jan 2017 - 20 Sep 2020] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 09.04.2023.
  2. Məmmədov Ə., Xalıqov F. Mustafayev Nazim // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 434-435. — 1.000 nüsx.

Bildiriş[HTML redaktə]