Rəna Dadaşova
| Rəna Dadaşova | |
|---|---|
| Dadaşova Rəna Bəhram qızı | |
| Rəna Dadaşova, 2020-ci il. | |
| Təvəllüdü | 15 aprel 1935 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vətəndaşlığı |
|
| İş yeri | Sumqayıt Dövlət Universiteti |
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
| Elmi adı | dosent |
| Təhsili | Azərbaycan Sənaye İnstitutu, avtomatik, telemexaniki elektroölçü cihaz və qurğuları ixtisası üzrə (–1959) |
Rəna Dadaşova — fizika-riyaziyyat elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin fizika və elektroenergetika fakültəsinin dosenti.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
15 aprel 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
1953-cü ildə Nuxa şəhər 5 №-li orta qız məktəbini,
1959-cu ildə Azərbaycan Sənaye İnstitutunu (avtomatik, telemexaniki elektroölçü cihaz və qurğuları ixtisası üzrə) bitirib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1959 – 1975-ci illərdə “Neftqazavtomat” Elmi Texniki Layihə İnstitutunda (Sumqayıt) əvvəl laborant, sonra isə kiçik elmi işçi vəzifəsində çalışıb.
1975-ci ildən Sumqayıtdakı Ali Texniki Məktəbdə (Azərbaycan Sənaye İnstitutu (1992–2000), Sumqayıt Dövlət Universiteti (2000-ci ildən)) işləməyə başlayıb, əvvəl baş müəllim, sonralar dosent, kafedra müdiri və dekan vəzifələrini tutub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1972-ci ildə “İnduktiv vericilərin temperatur xətalarının təyini” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2012).
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Dadaşova Rəna // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 102-103. — 1.000 nüsx.
- Rəhman ORXAN (23-03-2020). "RƏNA DADAŞOVA - 85". http://birlik.az/ (azərb.). Birlik.az. 28 Mar 2020 - 29 Mar 2020 tarixində arxivləşdirilib.
Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 15 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1935-ci ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr