Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Sabir Əhədov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Sabir Əhədov
Əhədov Sabir Şükür oğlu
Sabir Əhədov
Sabir Əhədov.
Şəxsi məlumatlar
Təvəllüdü 10 fevral 1951(1951-02-10)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfatı 12 oktyabr 2009 (58 yaşında)
Həyat yoldaşı Mirvari Əhədova
Uşaqları Fərid, Mətin
Təhsili

 • Moskva Pedaqoji İnstitutu, 1-ci və 2-ci kurs (1970–1971)

 • Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, 3-cü və 4-cü kurs (1971–1973)
Adının digər versiyaları Sabir Ehedov, Sabir Ahadov

Sabir Əhədov (1951–2009) — Türkiyənin STV kanalının operatoru və yönəticisi. Vaxtilə, Şəkidə fəaliyyət göstərmiş “Təbəssüm” estrada ansamblının (Şəki ipək kombinatı) və “Zirvə” vokal-instrumental ansamblının (Şəki şəhər Mədəniyyət Evi) yaradıcılarından biri olmuş, ritm-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərmişdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

“Zirvə” vokal-instrumental ansamblı, Sabir Əhədov mərkəzdə, 1970-ci illər.

10 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1958 – 1968-ci illərdə illərdə Nuxa/Şəki 8 saylı orta (rus) məktəbində,

1970 – 1971-ci illərdə Moskva Pedaqoji İnstitutunda (1-ci və 2-ci kurs),

1971 – 1973-ci illərdə Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda (3-cü və 4-cü kurs) təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1974-cü ildən Şəki Musiqi Texnikumunda rus dili və ədəbiyyatı müəllimi,

1993-cü ildən ömrünün sonuna kimi isə STV kanalında (Türkiyə) operator və yönətici kimi fəaliyyət göstərmişdir.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

12 oktyabr 2009-cu il tarixdə – 58 yaşında, Türkiyədə vəfat edib.

Bildiriş[HTML redaktə]