Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Sahib Qasımov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Sahib Qasımov
Qasımov Sahib Ənvər oğlu
Sahib Qasımov
Sahib Qasımov.
Təvəllüdü 17 iyun 1963 (1963-06-17) (63 yaş)
Doğulduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vətəndaşlıq SSRİ → Azərbaycan
Atası Qasımov Ənvər Fərəc oğlu
Anası Qasımova Təhminə Hüseynbala qızı
Həyat yoldaşı Qasımova Səadət Teymur qızı
Uşaqları Röya və Mais
Təhsili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Polis Akademiyası, hüquqşünas ixtisası (1990–1994)
Hərbi fəaliyyəti
Rütbə mayor

Sahib Qasımov — Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Xətai rayonu üzrə nəzarətçisi. İstefada olan polis mayoru, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin usta məharət dərəcəli sabiq əməkdaşı və Birinci Qarabağ müharibəsi veteranıdır.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

17 iyun 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1970 – 1980-ci illərdə Şəki şəhər 2 nömrəli orta məktəbində,

1990 – 1994-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ali Polis Akademiyasında təhsil alıb.

Hərbi xidmət və əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1981 – 1983-cü illərdə həqiqi hərbi xidmətdə olub.

1983 – 1985-ci illərdə Bakı şəhəri Nəsimi rayonu Mühafizə İdarəsində,

1985-ci ilin may ayından Azərbaycan SSR Daxili İşlər Nazirliyinin nəzdində Sovet və partiya təşkilatlarının mühafizə idarəsində,

1994-cü ildən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində,

1997-ci ildən Qaradağ Rayon Polis İdarəsində,

2000-ci ildən Nəsimi Rayon Polis İdarəsində,

2003-cü ildən Səbail Rayon Polis İdarəsində müxtəlif vəzifələrdə çalışıb (mühafizəçi, cinayət axtarış şöbələrində əməliyyatçı, baş əməliyyatçı, rəis müavini, rəis və s.).

2018-ci ildə yaşa görə xidmətdən təqaüdə çıxıb.

2018-ci ilin avqust ayından 2024-cü ilin dekabr ayına qədər “Aqua Vita – Gülüstan” şirkətində bölgə müdiri vəzifəsində çalışıb.

2025-ci ilin fevral ayından Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Xətai rayonu üzrə nəzarətçisidir.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəlidir, bir oğlu və bir qızı var.

Bildiriş[HTML redaktə]