Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Taleh Yusubov

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Taleh Yusubov
Yusubov Taleh Valeh oğlu
Taleh Yusubov
Taleh Yusubov.
Şəxsi məlumatlar
Təvəllüdü 7 iyul 1951(1951-07-07)
Anadan olduğu yer Nuxa, Azərbaycan SSR, SSRİ
Vəfatı 12 iyul 2026 (75 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Dəfn yeri Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Təhsili

 • Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbi (1966–1969; 1970–1971)

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu, maşınqayırma şöbəsi (1969–1970 və 1971–1975)
facebook səhifəsi

Taleh Yusubov (1951–2026) — tanınmış musiqiçi və musiqiçi-pedaqoq, “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

7 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1958 – 1968-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,

1959 – 1966-сı illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbinin fortepiano sinfində,

1966 – 1969 və 1970 – 1971-ci illərdə Şəki/Nuxa Orta İxtisas Musiqi Məktəbində,

1969 – 1970 və 1971 – 1975-ci illərdə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun maşınqayırma şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1975 – 1976-cı illərdə təyinatla Mingəçevir yol nəqliyyatı zavodunda mühəndis-konstruktor işləyib.

1976 – 1984-cü illərdə Şəkidə mədəniyyət şöbəsində, elektrik şəbəkəsi idarəsində, ət-süd kombinatında, V.İ.Lenin adına Şəki İpək İstehsal Birliyinin klubunda müxtəlif vəzifələrdə,

1984 – 2002-ci illərdə Şəki İpək kombinatında sex rəisi,

2003 – 2021-ci illərdə Şəki Musiqi kollecində fortepiano ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

2021-ci ildə təqaüdə çıxıb.

Musiqi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1971 – 1973-cü illərdə, təhsil aldığı Politexnik İnstitutunun xalq çalğı alətləri ansamblında (ansambla bəstəkar, xalq artisti Nəriman Əzimovun rəhbərlik edirdi) royal ifaçısı olub,

1971-ci ildə Daşkənddə keçirilən “Taşpi-71” Ümumittifaq Festivalında,

1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib (bu konsertlər televiziya kanalı vasitəsi ilə SSRİ-nin bütün ərazisinə canlı yayımlanırdı).

1971-ci ildən əvvəl Şəki İpək kombinatının “Təbəssüm” estrada ansamblının, az sonra isə Şəki mədəniyyət evinin “Zirvə” vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü,

1976-cı ilin yayından Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yeni yaratdığı estrada ansamblının üzvü olub.

2009-cu ilədək “Zirvə”nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutmuş, dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olmuşdur).

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

12 iyul 2026-cı il tarixdə – 75 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

Təhmirazqızı S. Taleh Yusubov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 189. — 300 nüsx.

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]