Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Telman Muxtarlı

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Telman Muxtarlı
Muxtarlı (Muxtarov) Telman Ziya oğlu
Telman Muxtarlı
Telman Muxtarlı, 2009-cu il.
Şəxsi məlumatlar
Təvəllüdü 27 fevral 1951(1951-02-27)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfatı 26 aprel 2010 (59 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Həyat yoldaşı Elmira Ramiz qızı Xəlifəzadə
Təhsili

 • Şəki Musiqi Texnikumu, tar ixtisası

 • Azərbaycan İnşaat Mühəndisləri Universiteti, memarlıq fakültəsi

Telman Muxtarlı (1951–2010) — tanınmış musiqiçi, aranjemançı və Şəkidə fəaliyyət göstərən “Zirvə” vokal-instrumental ansamblının rəhbəri.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

27 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Şəki Musiqi Texnikumunu tar ixtisası üzrə bitirib.

Daha sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetnin memarlıq fakültəsində təhsil alıb.

Musiqiçi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Telman Muxtarov, 1980-cı illərin əvvəlləri.

1971 – 2010-cu illərdə Şəkinin “Zirvə” vokal-instrumental ansamblının rəhbəri olub. Onun rəhbərliyinin ilk dövrlərində ansambl tez-tez Şəkidə və ətraf rayonlarda konsert proqramları ilə çıxış etmişdir; o cümlədən,

1978-ci ildə Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Festivalında qızıl medala layiq görülmüş,

1979-cu ildə Azərbaycan Televiziyasının “Gənclik estradası” yarışmasının qaliblərindən biri olmuşdur.

Sonrakı illərdə Rusiyanın Taqanroq şəhərində və Tümen vilayətində, həmçinin, Türkiyədə keçirilən festivallarda və digər tədbirlərdə də konsert proqramları ilə çıxışları olub.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

26 aprel 2010-cu il tarixdə – 59 yaşında, Şəkidə vəfat edib.

Bildiriş[HTML redaktə]