Ulduz Paşayeva
| Ulduz Paşayeva | |
|---|---|
| Paşayeva Ulduz Şamil qızı | |
| Ulduz Paşayeva. | |
| Anadan olub | 14 sentyabr 1959 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Həyat yoldaşı | Paşayev Elçin Arif oğlu |
| Övladları | Paşayev Arif və Məmmədli Vəfa |
| Atası | Rəhimov Şamil Abdulcabbar oğlu |
| Anası | Rəhimova Nuriyə Əhməd qızı |
| Vətəndaşlıq |
|
| Təhsili | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültəsi (1977–1982) |
| Adının digər versiyaları | Ulduz Pashayeva, Улдуз Пашаева, Улдуз Пашајева |
Ulduz Paşayeva — tanınmış təhsil işçisi və pedaqoq, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki rayon təhsil sektorunun sabiq məsləhətçisi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
14 sentyabr 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1977 – 1982-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun məktəbəqədər təhsilin pedaqogikası və metodikası fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1976 – 1977-ci illərdə Əli Bayramov adına tikiş fabrikində tikişçi,
1982-ci ildə əvvəl V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 2 №-li filialında qeydiyyatçı, sonra isə 2 oktyabr tarixinədək müxtəlif uşaq bağçalarında əvəzçilik üzrə müdir və tərbiyəçi işləyib.
2 sentyabr 1982-ci il tarixdən Şəki şəhər Xalq Maarif şöbəsində məktəbəqədər təlim tərbiyə müəssisələri üzrə inspektor vəzifəsinə təyin olunub.
2024-cü ildən yaşa görə təqaüdündədir.
İkinci iş yerləri[Vizual/Mobil redaktə | HTML redaktə]
Müxtəlif illərdə Şəki Müəllimləri Təkmilləşdirmə İnstitunda, Şəki Pedaqoji Kollecində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında baş müəllim kimi pedaqogika və psixologiya fənlərini tədris edib.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |