Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Yaşar Babayev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Yaşar Babayev
Babayev Yaşar Abdulrəşid oğlu
Yaşar Babayev
Yaşar Babayev.
Şəxsi məlumatlar
Təvəllüdü 10 mart 1950(1950-03-10)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfatı 1 oktyabr 2018 (68 yaşında)
Vəfat yeri Şəki, Azərbaycan
Vətəndaşlığı SSRİ → Azərbaycan
Həyat yoldaşı Babayeva Nəzakət Qədir qizı
Uşaqları Vüqar və Nübar

Musiqi alətləri tar, ud və saz
Təhsili

 • Şəki Orta İxtisas Musiqi Məktəbi, tar sinfi (1964–1968)

 • Dərbənd Mədəniyyət və İncəsənət İnstitutu (Dağıstan Respublikası, Rusiya Federasiyası), ifaçılıq alətləri fakültəsi, tar sinfi (2004–2010)

Yaşar Babayev (1950–2018) — tanınmış musiqiçi-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin sabiq direktoru və həmin məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının sabiq rəhbəri. Tarın, udun və sazın mahir ifaçılarından biri hesab olunurdu.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

10 mart 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1959 – 1964-cü illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbində,

1964 – 1968-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində,

2004 – 2010-cu illərdə isə Dərbənd Mədəniyyət və İncəsənət İnstitutunun (Dağıstan Respublikası, Rusiya Federasiyası) ifaçılıq alətləri fakültəsində tar ixtisası üzrə musiqi təhsili alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1968 – 1994-cü illərdə Şəki şəhər 1 №-li uşaq musiqi məktəbində tar müəllimi,

1994-cü ildən – 2018-ci ilin mart ayınadək isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

1965-ci ildə onun təşəbbüsü ilə Nuxa şəhər M.Füzuli adına mədəniyyət və istirahət parkının “Arzu” gənclik xalq çalğı alətləri ansamblı təşkil edilib.

1977-ci ildə, 1971-ci ildən Telman Muxtarlının rəhbərliyi ilə Şəkidə fəaliyyət göstərməyə başlamış “Zirvə” vokal-instrumental ansamblının heyəti xalq çalğı alətləri, skripka və nəfəs alətləri ifaçıları hesabına genişləndirildikdə və ansambl xalq-instrumental ansamblına çevrildikdə Yaşar Babayev bu ansamblın konsertmeysteri olub. Ansambl 1978-ci ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun yaranmasının 60 illiyinə həsr edilmiş baxış müsabiqəsində 1-ci yeri tutub, qızıl medala və laureat adına layiq görülüb. 1979-cu ildə isə Azərbaycan Televiziyasında təşkil edilən “Gənclik" estrada müsabiqəsində də qaliblərdən biri olub. Bundan sonra ansambl həmin ilin sonunda Azərbaycan televiziyasının “Yeni il” proqramında iştirak etməyə dəvət olunub və daha sonralar dəfələrlə Azərbaycan televiziyasında çıxışlar edib, Bakıda keçirilən respublika əhəmiyyətli tədbirlərdə, şəhər və rayonlarda qastrol səfərlərində iştirak edib.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

1 oktyabr 2018-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.

Ailəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Ailəli idi, iki övladı var.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

Təhmirazqızı S. YAŞAR BABAYEV // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 178. — 300 nüsx.

Bildiriş[HTML redaktə]