Yaqub Süleymanov
| Yaqub Süleymanov | |
|---|---|
| Süleymanov Yaqub Məhərrəm oğlu | |
| Yaqub Süleymanov. | |
| Təvəllüdü | 27 dekabr 1932 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 2 yanvar 1993 (60 yaşında) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Narlı qəbiristanlığı, Şəki, |
| Vətəndaşlığı |
|
| Elm sahəsi | fizika-riyaziyyat |
| Elmi dərəcəsi | elmlər namizədi |
| Elmi adı | professor |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika-riyaziyyat/mexanika-riyaziyyat fakültəsi, mexanika ixtisası (1957–1962) • aspirantura |
| Həyat yoldaşı | Rahilə |
| Övladları | Nigar, Məhərrəm və Süleyman |
| Atası | Məhərrəm |
| Anası | Xanım |
Yaqub Süleymanov (1932–1993) — tanınmış pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, professor.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
27 dekabr 1932-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
Böyük Vətən müharibəsi dövründə (1941–1945) əməklə məşğul olması səbəbindən orta təhsilini davam etdirə bilməsə də 1950-ci illərdə axşam məktəbində orta təhsilini tamamlayıb.
1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat/mexanika-riyaziyyat fakültəsində, sonralar isə aspiranturada təhsil alıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
Namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra əvvəl dosent, sonra isə professor elmi adını alıb. 20-yə yaxın dərs vəsaiti çap etdirmişdir.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1957-ci ildən bir müddət Azərbaycan Politexnik İnstitutunun ali riyaziyyat kafedrasına müəllim, sonra uzun müddət Lipetsk Politexnik İnstitutu ali riyaziyyat kafedrasının müdiri, daha sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetinin ali riyaziyyat kafedrasında əvvəl dosent, sonra isə professor vəzifəsində çalışıb.
İctimai-siyasiaktivliyi[Vizual/Mobil redaktə | HTML redaktə]
Azərbaycan Riyaziyyat Müəllimləri Assosiasiyasının ilk prezidenti olub.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
2 yanvar 1993-cü il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.
3 yanvar 1993-cü il tarixdə Şəkidə Narlı qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Süleymanov Yaqub // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 515-516. — 1.000 nüsx.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 1932-ci ildə doğulanlar
- 27 dekabrda doğulanlar
- Dekabrda doğulanlar
- 2 yanvarda vəfat edənlər
- Yanvarda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr