Yusif Həmidov
| Yusif Həmidov | |
|---|---|
| Həmidov Yusif Yunis oğlu | |
| Yusif Həmidov. | |
| Anadan olub | 1909 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Nuxa qəzası, |
| Vəfat edib | 17 fevral 1957 (48 yaşında) |
| Vəfat etdiyi yer |
Quba, |
| Dəfn yeri | Quba qəbiristanlığı |
| Həyat yoldaşı | Həmidova Zülhiccə Fərəc qızı. |
| Övladları | Yaşar Yunusov, Elmira Həmidli, Elman Həmidov, Fərman Həmidov, Esmira Həmidova |
| Atası | Yunus |
| Anası | Maral |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Nuxa Müəllimlər seminariyası, hazırlıq kursu (–1928) • Azərbaycan Dövlət Pedaqoji İnstitutu, pedaqoji fakültəsi (1931–1935) |
| Adının digər versiyaları | Yusif Hemidov, Юсиф Гамидов, Јусиф Һәмидов |
Yusif Həmidov (1909–1957) — tanınmış pedaqoq və təhsil işçisi, Quba rayon xalq maarif şöbəsinin inspektoru. Bir müddət Quba Pedaqoji Məktəbinin direktoru vəzifəsində də çalışmışdır.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
1909-cu ildə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1917 – 1921-ci illərdə Nuxa şəhər dördsinifli məktəbində təhsil alıb.
1928-ci ildə Nuxa müəllimlər seminariyasının hazırlıq kursunu bitirib.
1931 – 1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1928 – 1931-ci illərdə Nuxada ibtidai məktəb müəllimi,
1935 – 1956-cı illərdə Quba Pedaqoji Məktəbində müəllim, dərs hissə müdiri, direktor,
1946-cı ildən bir müddət Quba ikiillik müəllimlər institutunda baş müəllim,
1956-ci ildən Quba rayon xalq maarif şöbəsində inspektor vəzifəsində çalışıb.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
17 fevral 1957-ci il tarixdə – 48 yaşında, Qubada vəfat edib. Quba şəhər qəbiristanlığında dəfn olunub.
20 fevral 1957-ci il tarixli “Qızıl Quba” qəzetində yoldaşlarının bir qrupu adından nekroloq dərc edilib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Y.Y.Həmidov = Ю.Ю.Һәмидов // Qızıl Quba : qəzet. — Quba, 1957. — В. 20 fevral. — № 22 (1998).
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |