Zərinə Cavadova
| Zərinə Cavadova | |
|---|---|
| Cavadova Zərinə Ələkbər qızı | |
| Zərinə Cavadova (2019). | |
| Təvəllüdü | 15 sentyabr 1960 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat tarixi | 9 may 2024 (63 yaşında) |
| Vəfat yeri | Şəki |
| Vətəndaşlığı |
|
| İş yeri | Şəki Şəhər icra hakimiyyəti (icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri) |
| Elmi dərəcəsi | tarix elmləri namizədi |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1981–1986) • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, aspirantura (1995–) |
| Elmi rəhbəri | Yaqub Mahmudov |
| facebook səhifəsi | |
Zərinə Cavadova (1960–2024) — tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.
1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.
1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim,
1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,
2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini,
2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Cavadova Zərinə // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 64-65. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- Z
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 1960-cı ildə doğulanlar
- 15 sentyabrda doğulanlar
- Sentyabrda doğulanlar
- 9 mayda vəfat edənlər
- Mayda vəfat edənlər
- 2024-cü ildə vəfat edənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr