Musa İslamov
Musa İslamov (1924–1999) — filologiya elmləri doktoru, professor, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri.
| Musa İslamov | |
|---|---|
| Musa İsa oğlu İslamov | |
| Musa İslamov. | |
| Təvəllüdü | 1924 |
| Anadan olduğu yer |
Baş Göynük, Nuxa qəzası, |
| Vəfat tarixi | 3 yanvar 2000 (75 yaşındı) |
| Vəfat yeri |
Bakı, |
| Dəfn yeri |
Qurd qapısı, Bakı, |
| Elmi dərəcəsi | filologiya elmləri doktoru |
| Elmi adı | professor |
| Təhsili |
• S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi (1944–1949) • Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu, aspirantura (1954–) |
| Həyat yoldaşı | Mirvari |
| Övladı | Vüsal və Mədinə |
| Atası | İslamov İsa İslam oğlu |
| Anası | Sərifova Mədinə Zəkəriyyə qızı |
Haqqında məlumatlar
1924-cu ildə Nuxa qəzasının Baş Göynük kəndində anadan olub.
Təhsili
Baş Göynük kənd orta məktəbini bitirib.
1944 – 1949-cu illərdə ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
1954-cü ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunub.
Əmək fəaliyyəti
Otuz ildən artıq müddətdə Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri olub.
Elmi fəaliyyəti
1961-ci ildə “Nuxa dialekti” mövzusunda namizədlik,
1973-cü ildə isə “Türk dillərində əvəzliklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
100-dən çox elmi məqalənin və bir neçə monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə edib.
Redaktorluğu və iştirakı ilə “Azərbaycan dilinin dialektoloji atlası” və ikicildlik “Azərbaycan dilinin dialektoloji lüğəti” hazırlanıb çapa verilib. Sovet dövründə hazırlanan “SSRİ-dəki türk dillərinin dialektoloji atlası”nın Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri olub.
Elmi-ictimai aktivliyi
Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın,
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Doktorluq Müdafiə Şurasının üzvü olub.
Vəfatı
3 yanvar 2000-ci il tarixdə – 76 yaşında, Bakıda vəfat edib. Bakıda Qurd qapısı qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. İslamov Musa // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 281. — 1.000 nüsx.
- Mete Ə. Görkəmli dilçi alim // O torpağın övladları. — Bakı: Nurlan, 2006. — Səhifələrin sayı: 608. — Səh.: 199-201. — 500 nüsx.
- Orsər R. Musa İslamov // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 272-274. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
Həmçinin, bax:
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |