Şablon:10 fevral
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
|
Tanınmış pedaqoq, H.Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbinin direktoru Müzəkkir Qarayev (1944–2008) 10 fevral 1944-cü il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiş kəndində anadan olub.
|
Türkiyənin STV kanalının operatoru və yönəticisi Sabir Əhədov (1951–2009) 10 fevral 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, vaxtilə, Şəkidə fəaliyyət göstərmiş “Təbəssüm” estrada ansamblının (Şəki ipək kombinatı) və “Zirvə” vokal-instrumental ansamblının (Şəki şəhər Mədəniyyət Evi) yaradıcılarından biri olmuş, ritm-gitara ifaçısı və vokalist kimi fəaliyyət göstərmişdir.
|
|
|
Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudov 10 fevral 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.
|
Coğrafiya elmləri doktoru, professor Əbdürrəhim Hacızadə (1920–1991) 10 fevral 1920-ci il tarixdə Nuxada (indiki Şəki), müəllim ailəsində anadan olub. O, uzun müddət S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin iqtisadi coğrafiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
|
|
|
Tanınmış tikinti mühəndisi və iş adamı, Rusiya Federasiyasının Saxa Respublikasında fəaliyyət göstərən “Yakutsement” ASC İstehsalat Birliyinin baş direktoru Əliş Məmmədov 10 fevral 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oravan (indiki Oraban) kəndində anadan olub.
|
Tanınmış heykəltəraş, professor Əsgər Kərimov (1941–2024) 10 fevral 1941-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. Onun yaratdığı bədii sənət nümunələri Azərbaycanın Bakı, Qəbələ, Şuşa, Şəki, Ağdam və Bərdə şəhərlərində, Ukraynanın Yalta, Türkiyənin İsparta şəhərində və digər yerlərdə qoyulub.
|
|
|
Sovet dövründə Şəkidə tanınmış partiya və dövlət məmuru olmuş Allahyar Əhmədov (1896–1980) 10 fevral 1980-cı il tarixdə – 84 yaşında, Şəkidə vəfat edib. O, müxtəlif illərdə Şəki qəza icraiyyə komitəsi sədri, Nuxa şəhər soveti icraiyyə komitəsinin sədri, V.İ.Lenin adına ipək kombinatı partiya komitəsinin katibi və s. məsul vəzifələrdə çalışmışdır.
|
|
|
|
|
|
|
|
|
|
Həmçinin, bax: Vizual/Mobil redaktə
Xülasə sayı: 7 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)





