Şablon:9 fevral

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç

Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ruslan İbrahimov
Ruslan İbrahimov

Tanınmış rəssam və memar-dizayner, “Eliteja” şirkətlər qrupunun baş memar-dizayneri Ruslan İbrahimov 9 fevral 1986-cı il tarixdə Qırğızıstan SSR-nin Aravan rayonunda anadan olub. O, Azərbaycanda bir sıra görkəmli, dövlət əhəmiyyətli binaların dizaynını, dizayn konseptini, daxili memarlıq həlli layihələrini hazırlayıb.



Rəşid Axundov
Rəşid Axundov

Mirzə Fətəli Axundovun oğlu, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunun məzunu, 9-cu dərəcəli yol mühəndisi Rəşid Axundov (1854–1909) 9 fevral (28 yanvar) 1854-cü il tarixdə Tiflisdə anadan olub. O, Rusiya İmperiyasının quberniya katibi mülki məmur rütbəsini də daşıyırdı, həmçinin, fransızcadan ruscaya və azərbaycancaya bədii tərcümə işi ilə məşğul idi.



Saleh Məmmədov
Saleh Məmmədov

Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu Saleh Məmmədov (1995–2020) 9 fevral 1995-ci il tarixdə Şəki rayonunun Abbas kəndində anadan olub.



Xanlar Həşimzadə
Xanlar Həşimzadə

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti Xanlar Həşimzadə 9 fevral 1955-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Xəyalə Töhrablı
Xəyalə Töhrablı

Tanınmış musiqişünas-pedaqoq, Şəki şəhər İcra Hakimiyyətində ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri və Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Xəyalə Töhrablı 9 fevral 1986-cı il tarixdə Şəkidə anadan olub.



Binyət Abdullayeva
Binyət Abdullayeva

Tanınmış pedaqoq və Azərbaycan sovet partiya və komsomol fəalı Binyət Abdullayeva (1931–1994) 9 fevral 1994-cü il tarixdə – 62 yaşında, Şəkidə vəfat edib. O, Azərbaycan LKGİ Nuxa rayon Komitəsinin ikinci katibi, məktəb direktoru və pedaqoji sahədə bir sıra digər vəzifələrdə işləmişdir.








<<əvvəlki gün 9 fevral sonrakı gün>>

Həmçinin, bax:[HTML redaktə]

Xülasə sayı: 6  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)