Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Azər Tağıyev
Azər Tağıyev

Tanınmış hüquqşünas, peşəkar vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyev (1948–2018) 25 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.



Elbrus Məmmədov
Elbrus Məmmədov

Tanınmış hüquqşünas Elbrus Məmmədov 25 aprel 1956-cı il tarixdə 1956-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Şabalıd kəndində anadan olub. O, müxtəlif illərdə Zaqatala Rayon Məhkəməsinin sədri, Şəki Apelyasiya Məhkəməsinin hakimi, Şəki Rayon Məhkəməsinin hakimi və digər vəzifələrdə çalışmışdır.



Məmməd Bürcəliyev
Məmməd Bürcəliyev

Tanınmış teatr aktyoru, Azərbaycan SSR xalq artisti Məmməd Bürcəliyev (1914–1994) 25 aprel 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, Azərbaycanfilmin istehsalı olan bir neçə bədii filmdə də rol oynamışdır.



Nazim Bilalov
Nazim Bilalov

Tanınmış mədəniyyət işçisi, teatr xadimi və aktyor, Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının ilk direktoru Nazim Bilalov (1929–2001) 25 aprel 1929-cu il tarixdə Nuxada (indiki Şəki), fəhlə ailəsində anadan olub.



Şəhla Əfəndiyeva
Şəhla Əfəndiyeva

Tanınmış kimyaçı alim, kimya elmləri namizədi, AMEA Kimya Problemləri İnstitutunun (indiki Akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu) böyük elmi işçisi Şəhla Əfəndiyeva (1942–2013) 25 aprel 1942-ci il tarixdə Kirovabadda (indiki Gəncə) anadan olub.



Aydın Cəbrayılov
Aydın Cəbrayılov

Tanınmış tarzən-pedaqoq Aydın Cəbrayılov (1946–2018) 25 aprel 2018-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib. O, uzun müddət Şəki şəhər 2 saylı uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində çalışmışdır.



Pyotr Babayev
Pyotr Babayev

Azərbaycan əsilli məşhur Rusiya inqilabçısı və ictimai-siyasi xadimi, Moskva şəhər Sokolniki rayon sovetinin sədri Pyotr Babayev (1883–1920) 25 aprel 1920-ci il tarixdə – 36 yaşında, Moskvada vərəmdən vəfat edib.







<<əvvəlki gün 25 aprel sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 7  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)