Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Məmməd Bürcəliyev

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Məmməd Bürcəliyev
Bürcəliyev Məmməd İsmayıl oğlu
Məmməd Bürcəliyev
Məmməd Bürcəliyev.
Doğum tarixi 25 aprel 1914(1914-04-25)
Doğum yeri Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 25 noyabr 1994 (80 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Dəfn yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası→ Azərbaycan Cümhuriyyəti→ SSRİ→ Azərbaycan
Həyat yoldaşı Sədayə Mustafayeva
Uşağı Anar Bürcəliyev
Peşəsi aktyor
Təhsili N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universiteti, teatr aktyoru və rejissoru fakültəsi (1967–1968)
Fəaliyyət illəri 1935–1994
Teatr Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1955 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1958

Məmməd Bürcəliyev (1914–1994) — tanınmış teatr aktyoru, Azərbaycan SSR xalq artisti. Həmçinin, “Azərbaycanfilm”in istehsalı olan bir neçə bədii filmdə də rol oynayıb.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

25 aprel 1914-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1932-ci ildə 5-illik orta təhsilini başa vurub və Karl Libknext adına fabrik-zavod məktəbinə daxil olub.

1967 – 1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin teatr aktyoru və rejissoru fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1932 – 1935-ci illərdə Nuxa Dövlət Dram Teatrında,

1935 – 1994-cü illərdə isə Kirovabad/Gəncə Dövlət Dram Teatrında çalışıb.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

1948-ci ildə “Yadigar” adlı bir dram əsəri qələmə alıb. Bu dram əsəri 1948-ci ildə SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb.

Dövri-nəşrlərdə 75-dən artıq məqalə, resenziya və oçerki çap olunub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

25 noyabr 1994-cü il tarixdə – 80 yaşında, Gəncədə vəfat edib.

Xatirəsi[Vizual/Mobil redaktə | HTML redaktə]

Gəncə Dövlət Dram Teatrının yerləşdiyi köhnə Kutaisi küçəsinə onun adı verilmiş, vaxtilə yaşadığı binanın qarşısında xatirə-barelyef lövhəsi vurulmuşdur.

1998-ci ildə “Günəş” nəşriyyatı tərəfindən teatrşünas-tənqidçi Anar Bürcəliyevin “Əsl el adamı” monoqrafiyası çap edilmişdir. Anadan olmasının 95 illik yubileyi münasibəti ilə ANS Televiziyasında onun haqqında “Xoşbəxt bürc altında” televiziya filmi yayımlanmışdır.

Filmoqrafiya[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Mən ki gözəl deyildim (film, 1968) – əsgər.
  2. Dəli Kür (film, 1969) – Allahyar.
  3. Firəngiz (film, 1975) – Sürücü.
  4. Gözlə məni (film, 1980) – Bəy.
  5. Köhnə bərə (film, 1984) – İbrahim.
  6. Qəm pəncərəsi (film, 1986) – Rəşid bəy.
  7. O dünyadan salam (film, 1991) – Hacı Baxşəli.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Bürcəliyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 75. — 1.000 nüsx.
  2. Məmməd İsmayıl oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 25 000; 592 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. —V  c. — Səh. 152-153. — ISBN 978-9952-441-10-9.

Bildiriş[HTML redaktə]