Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;

Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓



Ramil Babazadə
Ramil Babazadə

Qlazqo Universitetinin (Böyük Britaniya) rəqəmsal kimya ixtisası üzrə doktorantı Ramil Babazadə 6 may 2001-ci il tarixdə Şəkidə anadan olub. O, süni intellekt kimyası üzrə tədqiqat aparır, nüfuzlu “Nature” jurnalında iki məqaləsi dərc olunub.



Baba Babazadə
Baba Babazadə

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Baba Babazadə (1955–2011) 6 may 2011-ci il tarixdə – 56 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.



Zaman bəy Şeyxəlibəyov
Zaman bəy Şeyxəlibəyov

XIX əsrin ikinci yarısında müxtəlif illərdə dörd dövlətə xidmət etmiş tanınmış tərcüməçi, diplomat və dövlət xadimi Zaman bəy Şeyxəlibəyov (1838–1904) 6 may (23 aprel) 1904-cü il tarixdə – 65 yaşında, Daşkənddə vəfat edib. O, 1877-ci ilin ikinci yarsından sonra Rusiya İmperiyasında – Türküstan general-qubernatorun dəftərxanasında, əvvəl tərcüməçi, sonra baş tərcüməçi vəzifəsində çalışmış, həyatının son illərində Rusiya İmperiyasının dövlət müşaviri(ru) (rus.: статский советник) rütbəsinə malik olmuşdur, hansı ki bu general-mayor və polkovnik hərbi rütbələri arasındakı hərbi rütbəyə uyğun gəlirdi.



Əfsər Abdullayev
Əfsər Abdullayev

Sovet dövründə Şəkidə ticarətin və mühasibat uçotunun təşkili sahəsində məsul vəzifələr tutmuş Əfsər Abdullayev (1926–2010) 6 may 2010-cu il tarixdə – 83 yaşında, Şəkidə vəfat edib. Ölümündən sonra – 2017-ci ildə, ARB Şəki televiziya kanalında onun həyatından bəhs edən “El ağsaqqalı – Əfsər Abdullayev” adlı televiziya filmi nümayiş etdirilmişdir.




<<əvvəlki gün 6 may sonrakı gün>>

Həmçinin, bax: Vizual/Mobil redaktə

Xülasə sayı: 4  (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)