Anar İlhamlı
Anar İlhamlı — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Hərbi Orkestrinin solisti və musiqi təlimatçısı, bir sıra vətənpərvərlik mövzulu mahnıların söz və musiqisinin müəllifi.
| Anar Məmmədbağırov | |
|---|---|
| Məmmədbağırov Anar İlham oğlu | |
| Anar İlhamlı. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 11 mart 1983 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Zahidə |
| Uşaqları | Tünar və Elnar |
| Atası | İlham |
| Anası | Gülnarə |
|
|
|
| Təhsili | Azərbaycan Milli Konservatoriyası, solo oxuma ixtisası (2000–2004) |
| Mükafatları |
|
| facebook səhifəsi | |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
11 mart 1983-cü il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1999-cu ildə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı orta məktəbini və
Şəki şəhər 2 saylı Uşaq Musiqi Məktəbini bitirib.
2000 – 2004-cü illərdə Azərbaycan Milli Konservatoriyasında solo oxuma ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2010-cu ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının Hərbi Orkestrində solist və musiqi təlimatçısıdlr.
Musiqiçi fəaliyyəti Vizual/Mobil redaktə
“Vətən üçün doğulduq”, “Zəfər döyüşü”, “Azərbaycan əsgəri ən igid əsgər”, “Qayıdış marşı” adlı marşların, “Azərbaycan bayrağı” adlı mahnının musiqisinin müəllifidir. Həmçinin 2025-ci ildə Musa Həşimovun “Şəkimiz” adlı şeirinin sözlərinə də mahnı bəstələyib. Ümumiyyətlə 100-dən çox mahnının müəllifidir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)” yubiley medalı (2015);
- “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)” yubiley medalı (2020);
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Fəxri fərmanı — 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə keçirilən tədbirdə fəal iştirakına görə (2020);
- Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin Fəxri fərmanı (2024).
Ədəbiyyat Vizual/Mobil redaktə
- Müşfiq Ş. “Sosial şəbəkələrdə bayağı musiqilərin təbliğatı gedir” : [arx. 11 Sep 2023 - 14 Sep 2024] // 525-ci qəzet. — Müraciət tarixi: 14.03.2025.
Videolar Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |