Natiq Məmmədov — tanınmış iş adamı və rəhbər kadr, “Sadaf Trade” MMC-nin insan resurslari departamentinin müdiri.

Natiq Məmmədov
Məmmədov Natiq Abdurahman oğlu
Natiq Məmmədov
Natiq Məmmədov.
Anadan olub 2 avqust 1959 (1959-08-02) (67 yaş)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Məmmədova Leyli
Övladları Elxan, Emil və Tural
Atası Məmmədov Abdurahman Xəlil oğlu
Anası Məmmədova Ruziyə Mustafa qizi
Vətəndaşlıq SSRİ→ Azərbaycan
Təhsili Lomonosov adına Odessa Yeyinti Sənaye Texnologiyasi İnstitutu, mühəndis-mexanik fakültəsi (1976–1981)

Haqqında məlumatlar Vizual/Mobil redaktə

2 avqust 1959-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1976-ci ildə Şəki şəhər 8 nömrəli rus orta məktəbini bitirib.

1976 – 1981-ci illərdə Lomonosov adına Odessa Yeyinti Sənaye Texnologiyasi İnstitutunun mühəndis-mexanik fakültəsində təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1981 – 1982-ci illərdə Şəki Tutun fermentləmə zavodunda 5-ci dərəcəli çilingər,

1983 – 1984-cü illərdə həmin zavodda NŌC və A üzrə mühəndis və baş mexanik,

1984 – 1986-ci illərdə Azərbaycan LKGİ Şəki şəhər Komitəsində təlimatçı, təşkilat şöbəsinin müdiri, 2-ci katib,

1986 – 1989-cu illərdə Azərbaycan KP Şəki şəhər komitəsində təlimatçı,

1989 – 1996-cı illərdə Şəki şəhər Tutun fermentləmə zavodunda direktor,

1998 – 2000-ci illərdə Azərbaycan Dövlət Əmlak komitəsi Şəki regional şöbəsinin rəisi,

2001 – 2005-ci illərdə “Şəki Tutun” ASC idarə heyətinin sədr müavini,

2007 – 2016-ci illərdə “Krokus LTD” MMC-də şöbə müdiri vəzifəsində çalışıb.

2016-ci ildən “Sadaf Trade” MMC-də insan resurslari departamentinin müdiridir.

İctimai-siyasi aktivliyi Vizual/Mobil redaktə

1990-cı ildə Şəki Rayon Xalq Deputatları Sovetinə təkrar seçkidə 24 nömrəli dairədən deputat seçilib.

Ailəsi Vizual/Mobil redaktə

Ailəlidir, üç övladı var.

Bildiriş Vizual/Mobil redaktə