Abdurahman Məmmədov
| Abdurahman Məmmədov | |
|---|---|
| Məmmədov Abdurahman Xəlil oğlu | |
| Abdurahman Məmmədov. | |
| Anadan olub | 5 avqust 1929 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfat edib | 5 dekabr 1978 (49 yaşında) |
| Həyat yoldaşı | Məmmədova Ruziyə Mustafa qızı |
| Övladları | Məmmədov Natiq, Allahverdiyeva Zərnaz, Məmmədov Yusif və Məmmədova Elnarə |
| Atası | Məmmədov Xəlil |
| Anası | Məmmədova Humay |
| Təhsili | M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutu, avtomat və yarımavtomat maşınlar ixtisası (1949–1955) |
| Mükafatları |
|
Abdurahman Məmmədov (1929–1978) — tekstil-trikotaj sahəsi üzrə tanınmış mühəndis-mexanik, V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 4 nömrəli filialının direktoru, Şəki şəhər Zəhmətkeş Deputatları Sovetinin deputatı.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
5 avqust 1929-cu il tarixdə Nuxada (indiki Şəki) daşqaçı ailəsində anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1947-ci ildə M.Qorki adına Nuxa şəhər 10 nömrəli orta məktəbini qızıl medalla bitirib.
1949 – 1955-ci illərdə M.İ.Kalinin adına Leninqrad Politexnik İnstitutunda avtomat və yarımavtomat maşınlar ixtisası üzrə təhsil alıb.
2 fevral – 30 mart 1970-ci il tarixləri arasında SSRİ Yüngül Sənaye Nazirliyinin Moskva Yüngül Sənaye İşçi və Mütəxəssislərinin İxtisasartırma İnstitutunda trikotaj istehsalatı direktorları qrupu üzrə ikiaylıq kurs keçib.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1955-ci ildən İvanovo toxuculuq fabrikində mühəndis,
1956-cı ildən V.İ.Lenin adına Nuxa İpək Kombinatında sex rəisi, həmçinin Nuxa İpəkçilik Texnikumunda müəllim vəzifəsində çalışıb.
1964-cü ildən ömrünün sonunadək Nuxa toxucu-trikotaj fabrikinin (1975-ci ildən V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyinin 4 nömrəli filialı) direktoru olub.
İctimai-siyasi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1967-ci ildə XI çağırış Nuxa Şəhər Zəhmətkeş Deputatları Sovetinə (15 nömrəli seçki dairəsi) deputat seçilib.
1976-cı ildə XVI çağırış Şəki şəhər zəhmətkeş deputatları Sovetinə (25 nömrəli seçki dairəsi) deputat seçilib.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Leninin yubiley” medalı (1970).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
1977-ci ilin fevral ayında Şəkiyə bərk qar yağmış və qarın ağırlığından ayın 24-də Şəki İpək İstehsalat Birliyinin 4 nömrəli filialının jakkard toxucu sexinin üst örtüyü gecə vaxtı çökmüşdür. Nəticədə gecə növbəsində işləyən fəhlələrdən ağır xəsarət alanlar olmuş və onlardan 4 nəfəri həlak olmuşdur. Həmin vaxt filialın direktoru vəzifəsində çalışan Abdurahman Məmmədov isə bu hadisədən sarsılaraq xəstələnmiş və cəmi il yarım sonra,
5 dekabr 1978-ci il tarixdə – 49 yaşında, Şəkidə vəfat etmişdir.
Bildiriş[HTML redaktə]
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- A
- Şəxslər (familiya sırası ilə)
- 1929-cu ildə doğulanlar
- 5 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 5 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 1978-ci ildə vəfat edənlər
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr