Rəvanə Əzizova
Əzizova Rəvanə Namiq qızı — “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçisi.
| Rəvanə Əzizova | |
|---|---|
| Əzizova Rəvanə Namiq qızı | |
| Rəvanə Əzizova. | |
| Anadan olub | 4 noyabr 1988 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlıq |
|
| Təhsili |
• Zaporojye İqtisadiyyat və İnformasiya Texnologiyaları İnstitutu (Ukrayna), filologiya fakültəsi, bakalavriat (2006–2010) • Zaporojye İqtisadiyyat və İnformasiya Texnologiyaları İnstitutu, filologiya fakültəsi, magistratura (2010–2011) |
Haqqında məlumatlar Vizual/Mobil redaktə
4 noyabr 1988-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1995 – 1999-cu illərdə Şəki şəhər M.F.Axundov adına 2 nömrəli tam orta məktəbində,
1999 – 2006-cı illərdə Ukraynanın Krivoy Roq şəhərindəki (Dnepropetrovsk vilayəti, Ukrayna) A.S.Puşkin adına 22 nömrəli tam orta məktəbində,
2006 – 2010-ci illərdə Zaporojye İqtisadiyyat və İnformasiya Texnologiyaları İnstitutunun (Ukrayna) filologiya fakültəsinin bakalavriatında,
2010 – 2011-ci illərdə isə həmin institutun tərcüməçilik fakültəsi üzrə magistraturasında təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
2019-cu ildə “Yurd yaddaşı” Miniatür Muzeyində bələdçi kimi fəaliyyət göstərib.
2023-cü ildən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun bələdçisidir.
Digər Vizual/Mobil redaktə
Rus, ukrayna, ingilis, alman və fransız dillərini bilir.
İngilis, rus və digər dillərdən sənəd və mətnlərin tərcüməsi ilə məşğul olur. Frilans tərcüməçi kimi fəaliyyət göstərir.
“Amalʹgama” tərcüməçilik, dilçilik layihəsinin rəsmi saytında ingiliscədən rus dilinə etdiyi bir sıra tərcümələr dərc olunub.
Həmçinin, Zəminə Rəsulovanın “Hacı Çələbi xanın nağılını” ingilis dilinə bədii tərcümə edib.
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |