Vahid Qəniyev
Vahid Qəniyev (1929–2023) — Şəki şəhərinin və Şəki rayonunun sabiq meri; 1971 – 1975-ci illərdə Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1975 – 1991-ci illərdə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1985 – 1990-cı illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
| Vahid Qəniyev | |
|---|---|
| Qəniyev Vahid Hüseyn oğlu | |
| Vahid Qəniyev, 2021-ci il. | |
| Anadan olub | 26 aprel 1929 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), Şəki qəzası, |
| Vəfat edib | 19 mart 2023 (93 yaşında) |
| Vətəndaşlıq |
|
| Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, hidromeliorasiya fakültəsi (1948–1953) |
| Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
26 aprel 1929-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1947-ci ildə Nuxa şəhər M.Qorki adına 10 №-li orta məktəbini bitirib.
1948 – 1953-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1953-cü ildə Nuxa Suvarma Sistemləri İdarəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb, sonrakı illərdə həmin idarənin baş mühəndisi olub.
1965-ci ilin əvvəllərində bir müddət Qax/Nuxa Suvarma sistemləri idarəsinin baş mühəndisi,
1965-ci ilin iyul ayından 1971-ci ilin mart ayınadək isə Nuxa/Şəki Suvarma sistemləri idarəsinin rəisi,
1971-ci ilin mart ayından Şəki Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,
1975-ci ilin aprel ayından isə Şəki Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub və 1991-ci ilədək həmin vəzifədə çalışıb.
1992-ci ildə Şəki-İsmayıllı zonası İstismar İstehsalat birliyinin rəisi vəzifəsinə təyin edilib.
2005-ci ilin dekabr ayında Əyriçay SAİİ-nin rəisi vəsifəsində əmək fəaliyyətini tamamlayıb.
İctimai-iyasi fəaliyyəti Vizual/Mobil redaktə
1958-ci ildən Sov.İKP üzvü,
1971, 1976, 1981, 1986-cı illərdə Azərbaycan KP-nın XXVIII, XXIX, XXX, XXXI qurultaylarının nümayəndəsi,
1985 – 1990-cı illərdə XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
1990-cı ildə 330 nömrəli Şəki rayon Cəfərabad seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürülüb, lakin seçilməyib.
Azərbaycan Ağsaqqallar Şurasının Şəki rayon təşkilatının sədridir.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Qırmızı Əmək Bayrağı” ordeni.
- “Şərəf Nişanı” ordeni (1974).
- “Şərəf Nişanı” ordeni (1981).
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı (1970).
- Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları.
- Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı – anadan olmasının 90 illiyi münasibəti ilə (26 aprel 2019)[1].
Vəfatı Vizual/Mobil redaktə
19 mart 2023-cü il tarixdə – 93 yaşında, Şəkidə vəfat edib.
İstinadlar Vizual/Mobil redaktə
- ↑ "Şəkidə Ağsaqqallar Şurasının rayon təşkilatının sədrinin yubileyi qeyd olunub". http://sheki-ih.gov.az (azərb.). www.sheki-ih.gov.az. 2019-04-27. 22 Dec 2019 – 20 Feb 2020 tarixində arxivləşdirilib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Vahid Hüseyn oğlu QƏNİYEV (azərb.) // İpəkçi : çoxtirajlı qəzet / Salis Məmmədov. — Şəki: Şəki mətbəəsi, 22 sentyabr 1990. — № 25 – 26 (1959 – 1960). — Səh. 2.
Həmçinin, bax: Vizual/Mobil redaktə
- Nuxa rayon və şəhər sovetlərinin deputatları (1965)
- Şəkidən Azərbaycan SSR xalq deputatlığına namizədlərin siyahısı (1990)
Video Vizual/Mobil redaktə
Bildiriş Vizual/Mobil redaktə
© 2019 – 2026 AZE.WIKI |