Mehman Əliyev
| Mehman Əliyev Əlihüseyn oğlu | |
|---|---|
| Anadan olub | 19 oktyabr 1972 |
| Anadan olduğu yer |
|
| Vətəndaşlıq |
|
| Milliyyəti | azərbaycanlı |
| Təhsili | Şəki Texnologiya Texnikumu |
Mehman Əliyev (Mehman Əliyev Əlihüseyn oğlu; d. 1972, Şəki, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikasının ərazisində 2019-cu il 23 dekabr tarixdə keçiriləcək bələdiyyə seçkilərində Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizəd.
Haqqında məlumatlar
1972-ci ildə Şəki şəhərində anadan olub. Şəki Texnologiya Texnikumununda parça-trikotaj üzrə texnoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətində başlamışdır. Sonra Şəkidəki “Kanal S” televiziya kanalında mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyib. Hal-hazırda Şəki Bələdiyyəsi Vergilərin yığımı şöbəsində vergi yığım müfəttişi vəzifəsində işləyir.
1999-cu ildən əlbəyaxa döyüş sənəti ilə məşğuldur və hazırda Azərbaycan Alpaqut-Turan döyüş Federasiyası Şəki filialının sədridir. II ran San Qara kəmər sahibidir.
Ailəlidir, iki övladı var.