Murad Mahmudov

AZE.WIKI materialı
WikiSysop (müzakirə | redaktələr) tərəfindən edilmiş 10:07, 25 noyabr 2020 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Murad Mahmudov
Mahmudov Murad Mahir oğlu
Murad Mahmudov
Murad Mahmudov
Təvəllüdü 12 aprel 1995(1995-04-12)
Doğulduğu yer Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi 10 oktyabr 2020 (25 yaşında)
Vəfat yeri Talış – Suqovuşan yaxınlığında, Tərtər rayonu, Azərbaycan
Vətəndaşlıq Azərbaycan
Mənsubiyyəti Azərbaycan Ordusu
Uşaqları Damla (d. 2017), Aysu (d. 2020)
Hərbi fəaliyyəti
Rütbə çavuş

Murad Mahmudov– Azərbaycan Milli Ordusunun çavuşu, Vətən müharibəsi şəhidi. 10 oktyabr 2020-ci il tarixdə, Talış – Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Haqqında daha ətraflı

12 aprel 1995-ci il tarixdə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub.

2002 – 2012-ci illərdə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbində oxuyub.

2013 – 2015-ci illərdə hərbi xidmətdə olub.

2019-cu ilin avqust ayında yenidən çavuş rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.

2020-ci ilin oktyabrın 10-da Talış – Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Ailəli idi, Damla (d. 2017), Aysu (d.  2020) adında iki qızı var.