Asiman Quliyev

AZE.WIKI materialı
Vaqif Kərimov (müzakirə | redaktələr) (→‎Həyatı) tərəfindən edilmiş 05:53, 1 aprel 2021 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Asiman Quliyev
Asiman Quliyev
Asiman Quliyev, 2019-cu il.
bayraqLerik rayon İcra Hakimiyyətinin başçısıbayraq
15 iyul 1992 — 1993
Sələfi Babalı Ağayev
Xələfi Ataxan Şiriyev
Şəxsi məlumatlar
Təvəllüdü 1956(1956-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğulduğu yer Şəki, Azərbaycan SSR
Dini İslam
Atası Aydın Quliyev
Həyat yoldaşı Lalə Amanova
Təhsili Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
İxtisası İqtisadçı
Fəaliyyəti ADİU-nin dekanı
Elm sahəsi İqtisadiyyat
Elmi dərəcəsi İqtisadi elmlər namizədi, dosent
ADİU

Asiman Aydın oğlu Quliyev (1956, Şəki rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi.

Haqqında məlumatlar

6 avqust 1956-cı il tarixdə Nuxada (indiki Şəkidə) anadan olub.

Təhsili

1963 – 1973-cü illərdə Bakıda şəhərində orta məktəbdə oxuyub.

1973 – 1978-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda

1983 – 1985-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti

1986 – 1992-ci illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim,

1992-ci ildə Azərbaycan Respublikası Prezident Aparatında aqrar-sənaye şöbəsində məsləhətçi,

1992 – 1993-cü illərdə Lerik rayonu İcra Hakimiyyətinin başçısı,

1994 – 1997-ci illərdə Bakı Biznes Universitetində dosent və dekan vəzifəsində çalışıb.

1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir; o cümlədən,

1997-ci ildən iqtisadi nəzəriyyə kafedrasının dosenti,

2006 – 2014-cü illərdə türk dünyası işlətmə fakültəsinin dekan müavini,

2014 – 2019-cu illərdə ümumi iqtisadiyyat fakültəsinin dekanı,

2019-cu ildən iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini tutub.

Elmi fəaliyyəti

1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.

60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada, Çexiyada çap olunub.

Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edib.

İctimai-siyasi fəaliyyəti

1986 – 1989-cu illərdə D.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Tələbə Həmkarlar Komitəsinin sədri olub.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının mətbuat katibidir.

Təltif və mükafatları

Ədəbiyyat

  1. (#empty_citation)