Çingiz Axundov
| Çingiz Axundov | |
|---|---|
| Axundov Çingiz Məmməd oğlu | |
| Təvəllüdü | 17 dekabr 1931 |
| Doğulduğu yer |
Nuxa (indiki Şəki), |
| İdman növü | həndbol |
Çingiz Axundov — həndbol üzrə beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti.
Haqqında məlumatlar
17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1955-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.
Elmi fəaliyyəti
1968-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti
1970-ci ildən indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosentidir.
İdman fəaliyyəti
1967 ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmişdir.
Ədəbiyyat
- Axundov Çingiz Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 217. — ISBN 978-9952-441-02-4.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |