Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!

Yaqub Mahir

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 10:58, 19 iyun 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Yaqub Alxasov
Alxasov Yaqub Mahir oğlu
Yaqub Alxasov
Yaqub Mahir (“Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı)” kitabının üz qabığındakı şəkil).
Anadan olub 27 may 1927(1927-05-27)
Anadan olduğu yer Oxud, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 25 noyabr 2015 (88 yaşında)
Vəfat etdiyi yer Şəki, Azərbaycan
Dəfn yeri Çöl qəbiristanlığı, Şəki, Azərbaycan
Atası Vahab Cəbrayıl oğlu Alxasov
Anası Nazilə
Uşaqları Vüqar, Xatın, Bahar və Nigar
Vətəndaşlığı SSRİ→ Azərbaycan
Təhsili Nuxa Kənd Təsərrüfatı Texnikumu (1954–1957)

Yaqub Mahir (1927–2015) — XX əsrdə və XXI əsrin ilk onilliklərində Şəkidə yaşayıb-yaratmış şair.

Haqqında məlumatlar

27 may 1927-ci il tarixdə Şəki qəzasının Oxud kəndində, yoxsul ailədə anadan olub.

Təhsili

Əvvəl Oxud kənd səkkizillik məktəbində,

1947 – 1948-ci illərdə isə M.Qorki adına Nuxa şəhər 10 №-li orta məktəbində təhsil alıb.

1948-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunsa da 1953-cü ildə universitetdən xaric edilib.

1953-cü ildə Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutuna qəbul olunsa də orada da təhsilini davam etdirə bilməyib.

1954 – 1957-ci illərdə Nuxa Kənd Təsərrüfatı Texnikumunda aqronom ixtisası üzrə şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti

1957 – 1963-cü illərdə əvvəl bir müddət ixtisası üzrə Oxud kəndində aqronom-entimoloq, sonra müxtəlif vaxtlarda V.İ.Lenin adına Nuxa İpək Kombinatında çeşidləyici fəhlə, “Şəki fəhləsi” qəzeti redaksiyasında mühasib və digər sahələrdə müxtəlif vəzifələrdə çalışıb.

1963 – 1988-ci illərdə Şəki şəhər Rabitə Qovşağında texnik işləyib.

Yaradıcılığı

Şeirləri əsasən yerli dövri-mətbuatda çap olunmuşdur. “Səbuhi” ədəbi məclisinin üzvü olmuş, satiralarında M.Ə.Sabir, lirik-aşiqanə qəzəllərində Əliağa Vahid, gəraylı və qoşmalarında isə zəngin aşıq şeiri ənənələrini davam etdirmişdir.

Digər

Atası, anası, bacısı və özündən ibarət ailəvi rəqs qrupunun tərkibində 1938-ci ildə Moskva şəhərində keçirilmiş Azərbaycan incəsənəti ongünlüyündə çıxış edib.

Vəfatı

25 noyabr 2015-ci il tarixdə – 88 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  1. Orsər R. Yaqub Mahir // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 291-294. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
  2. Adışirinov K.F. (kitaba keçid) // Yaqub Mahirin poetik irsi (dövrü, mühiti, həyatı və yaradıcılığı) / AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: “Elm və təhsil”, 2020. — Səhifələrin sayı:  353. — ISBN 978-9952-8175-0-7. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 20 aprel 2021.

Bildiriş