Asiman Quliyev
| Asiman Quliyev | |||||||
|---|---|---|---|---|---|---|---|
| Asiman Aydın oğlu Quliyev | |||||||
|
|||||||
| Sələfi | Babalı Ağayev | ||||||
| Xələfi | Ataxan Şiriyev | ||||||
| Təvəllüdü | 1956 | ||||||
| Doğulduğu yer |
Şəki, |
||||||
| Dini | İslam | ||||||
| Atası | Aydın Quliyev | ||||||
| Həyat yoldaşı | Lalə Amanova | ||||||
| Təhsili | Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu | ||||||
| İxtisası | İqtisadçı | ||||||
| Fəaliyyəti | ADİU-nin dekanı | ||||||
| Elm sahəsi | İqtisadiyyat | ||||||
| Elmi dərəcəsi | İqtisadi elmlər namizədi, dosent | ||||||
| ADİU | |||||||
Asiman Aydın oğlu Quliyev (1956, Şəki rayonu, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi.
Həyatı
Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur.
1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur.
1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadi nəzəriyyə-1” kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının mətbuat katibidir.
2006-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Türk dünyası işlətmə” fakültəsinin dekan müavini olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadiyyat və sənaye" fakültəsinin dekanıdır.
60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada və Çexoslovakiyada nəşr olunmuşdur. Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir. Ailəlidir, 1 övladı var.