Seyfulla paşa
| Seyfulla paşa Dağıstanlı | |
|---|---|
| Seyfulla paşa Dağıstanlı | |
| Uşağı | Firdovsi |
| Hərbi fəaliyyəti | |
Seyfulla paşa (1852–1909) —
Haqqında məlumatlar
1852-сi ildə İlisuda anadan olub.
18 yaşında atası və iki qardaşı kimi İstanbula mühacirət edib.
Təhsili
Tiflis gimnaziyasını bitirib.
Hərbçi fəaliyyəti
1873-cü ildən Osmanlı ordusunun əməliyyatlarında iştirak etməyə başlayıb.
1877 – 1878-ci illərdə rus-türk müharibəsində hərbi kəşfiyyatçı zabit olub.
1885-ci ildə ovçu adı altında Yunanıstanda (Afinaya yaxın) strateji məqsədlər üçün məlumatlar toplayıb.Daha sonra Türk ordusunun Balkan əməliyyatlarında iştirak edib və general rütbəsi alıb.
Ailəsi
Atası
Atası Hacı ağa Məhəmməd Hasib bəy ibn Məhəmməd xan, ibn Lələ ağa, ibn Cəfər bəy 1850-ci illərin əvvəllərində rus ordusunun polkovniki idi. Lev Tolstoyun “Hacı Murad” romanında onun adı Hacı Muradın başını kəsən şəxs kimi çəkilir. 1864-cü ildə Qafqaza səyahətə çıxmış rus çarı II Aleksandr Qaxdan keçərkən səhər yeməyi üçün onun evinə düşmüşdür.
Anası
Mövzu üzrə tədqiqat işlərində anası ilə bağlı heç nə qeyd edilməsə də, bəzi məlumatlara əsasən ehtimal etmək olar ki, anası İsmayıl xanın qızı Səkinə bəyimdir. Lakin bu yalnız ehtimal olaraq qalır və təsdiqlənməsinə ehtiyac var.
Qardaşları və bacısı
Böyük qardaşı Məhəmməd xan 1860-cı illərdə leyb-kazak polkunun polkovniki idi. Türkiyəyə mühacirət etdikdən sonra “Mehmet paşa Dağıstanlı”, “Mehmet paşa Müxlis” adları ilə tanındı.
Bacısı Qənirə bikə 1882/1883-cü ildə İlisuda vəfat edib və Cümə məscidinin yaxınlığında dəfn olunub.
Digər
Şeyx Şamilin Anadoluda yaşayan qohumları ilə yaxın münasibətlərə malik idi.
İstinadlar
Ədəbiyyat
- Ссылка // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1873. — Т. V. — С. 1121. — ISBN 978-5-458-67810-0.
- Айтберов Т.М., Хапизов Ш.М. Елису и Горный магал в ХII–ХIХ вв. (очерки истории и ономастики). — Махачкала, 2011. — 390 с. — ISBN 978-5-905784-42-2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Dec 2022 - 24 Dec 2024.
- О жизни и семье Хаджиги Елисуйского : [arx. 23 Dec 2013 - 2 Oct 2018] : [rus.] // mkala.mk.ru. — Müraciət tarixi: 21.01.2025.