Mehman Əliyev
Mehman Əliyev — Azərbaycan Alpaqut-Turan döyüş Federasiyasının Şəki filialının sədri, II ran San Qara kəmər sahibi.
| Mehman Əliyev | |
|---|---|
| Əliyev Mehman Əlihüseyn oğlu | |
| Mehman Əliyev (16.12.2019). | |
| Anadan olub | 19 oktyabr 1972 |
| Anadan olduğu yer |
Şəki, |
| Vətəndaşlıq |
|
| Milliyyəti | azərbaycanlı |
| Təhsili | Şəki Texnologiya Texnikumu, parça-trikotaj üzrə texnoloq ixtisası |
| Facebook səhifəsi | |
Haqqında məlumatlar
19 oktyabr 1972-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili
Şəki Texnologiya Texnikumununda parça-trikotaj üzrə texnoloq ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyəti
Əmək fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankının mühafizə xidmətində başlayıb. Sonra Şəkidəki “Kanal S” televiziya kanalında mühafizə xidməti rəisinin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən Sabit Rəhmanın Ev-Muzeyinin gözətçisidir.
İdman fəaliyyəti
1999-cu ildən idmanın əlbəyaxa döyüş sənəti növü ilə məşğuldur.
Maraqlı
25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı reysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin stüardessası, Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevaya həsr edilmiş "Hər şey yaxşı olacaq" sənədli filmində pilot Aleksandr Kalyaninov rolunda çəkilib. Film "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin bazasında yaradılmış "Mədəniyyət" kanalında 8 mart 2025-ci ci il tarixdə nümayiş etdirilmişdir.
İctimai fəaliyyəti
2019-cu il bələdiyyə seçkilərində öz təşəbbüsü ilə Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədliyini irəli sürmüş, lakin seçilməmişdir.
Ailəsi
Ailəlidir, iki övladı var.
Ədəbiyyat
- “Şəki Bələdiyyəsi” qəzetinin saytı, Şəki bələdiyyəsi üzvlüyünə namizədlər, 2-ci səhifədə.
- "ŞƏKİ BƏLƏDİYYƏSİ ÜZRƏ NAMİZƏDLƏR (55 namizəd)". https://www.infocenter.gov.az (azərb.). İnformasiya Mərkəzi. 21 Jun 2021 tarixində arxivləşdirilib.
Həmçinin, bax:
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin topladığı səslər (2019)
- Şəki şəhər bələdiyyəsi üzvlüyünə namizədlərin siyahısı (2019)
"Hər şey yaxşı olacaq" sənədli filmi
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |