Redaktor:Melissa

AZE.WIKI materialı
Rəvanə (müzakirə | redaktələr) tərəfindən edilmiş 00:47, 3 sentyabr 2025 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Əzizova Rəvanə
Əzizova Rəvanə Namiq qızı
Anadan olub 04.11.1988
Anadan olduğu yer Şəki
Övladı 3 qız övladı var
Vətəndaşlıq Azərbaycanlı
İxtisası Filoloq, tərcüməçi
Fəaliyyəti Bələdçi
Fəaliyyət illəri 2023 - davam edir


<!DOCTYPE html> <html lang="az"> <head> <meta charset="UTF-8"> <title>Əzizova Rəvanə</title> </head> <body>

Əzizova Rəvanə

Əzizova Rəvanə Namiq qızı (d. 4 noyabr 1988, Şəki) — Azərbaycanlı bələdçi, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun əməkdaşı.

Həyatı və təhsili

Rəvanə Əzizova 4 noyabr 1988-ci ildə Azərbaycan Respublikasının Şəki şəhərində anadan olub.

1997–1999-cu illərdə Şəki şəhər M. F. Axundov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinfində təhsil alıb. 1999–2006-cı illərdə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən A. S. Puşkin adına 22 nömrəli tam orta məktəbi bitirib.

2006–2011-ci illərdə Zaporojye İqtisadiyyat və İnformasiya Texnologiyaları İnstitutunun Alman dilləri və ədəbiyyatı fakültəsi üzrə bakalavr dərəcəsi alıb. 2010–2011-ci illərdə həmin institutda Tərcüməçilik fakültəsi üzrə mütəxəssis dərəcəsi ilə məzun olub.

Əmək fəaliyyəti

2019-cu ildə “Yurd Yaddaşı” Miniatür Muzeyində bələdçi kimi fəaliyyət göstərib.

2023-cü ildən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda, əsasən Şəki Xan Sarayı ərazisində turistlərə rəhbərlik edir. Gün ərzində minlərlə yerli və xarici turistin ziyarət etdiyi bu ərazidə, Rəvanə Əzizova Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini və dahi şəxsiyyətlərini təqdim edir. Onun fəaliyyəti həm mədəniyyətin təbliği, həm də qoruğun ziyarətçilərə yüksək səviyyədə təqdim olunması baxımından əhəmiyyətlidir.

Yaradıcı fəaliyyəti

Tələbəlik illərində rus və ukrayna dillərində şeirlər yazıb. Şeirlərində əsasən sevgi, təbiət və gündəlik həyat mövzularına müraciət edib.

Tərcüməçilik fəaliyyəti

İngilis, rus və digər dillərdən sənəd və mətnlərin tərcüməsi ilə məşğul olur. Frilans tərcüməçi kimi fəaliyyət göstərir. Həmçinin, Zəminə Rəsulovanın “Hacı Çələbi xanın nağılını” bədii tərcümə edərək ingilis dilinə təqdim edib.

Dil bilikləri

Rus, ukrayna, ingilis, alman və fransız dillərini bilir.

Mənbələr

</body> </html>