Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Alik Mirzoyev

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 20:58, 8 dekabr 2025 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Alik Mirziyev
Mirziyev Alik Ələvsər oğlu
rus.: Алик Мирзоев
Alik Mirziyev
Alik Mirzoyev.
Doğum tarixi 12 noyabr 1946(1946-11-12)
Doğum yeri Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 dekabr 2017 (71 yaşında)
Vətəndaşlığı SSRİ → Ukrayna
Təhsili

 • M.B.Qrekova adına Odessa Rəssamlıq Məktəbi (1970–)

 • K.D.Uşinski adına Cənubi Ukrayna Milli Padaqoji Universiteti, bədii qrafika fakültəsi (1980–)
Atası Mirzoyev Aləvsər Baba oğlu
Anası Burnazaki Vera İvanovna

Alik Mirzoyev (1946–2017) — tanınmış heykəltəraş-bərpaçı, həvəskar şair, Odessa (Ukrayna) Marinistlər Cəmiyyətin vitse-prezidenti.

Haqqında məlumatlar

12 noyabr 1946-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

Odessa şəhər 36 nömrəli orta məktəbini bitirib.

1970-ci ildə M.B.Qrekova adına Odessa Rəssamlıq Məktəbində,

1980-ci ildə isə K.D.Uşinski adına Cənubi Ukrayna Milli Pedaqoji Universitetinin bədii qrafika fakültəsinə qəbul olunub.

İctimai-siyasi aktivliyi

1994-cü ildə Odessa Marinistlər Cəmiyyətinə üzv qəbul edilib.

2004-cü ildən həmin cəmiyyətin vitse-prezidenti olub.

2004-cü ildən Odessada şəhərindəki Puşkinski küçəsi – 12 ünvanında “Odessa İncəsənət Həyəti” adlı layihəsini həyata keçirməyə başlayıb və burada incəsənət sərgiləri, uşaq rəsm müsabiqələri, incəsənət lotereyaları və digər şəhər bayramları keçirib.

Uzun müddət Odessada zədələnmiş və vandalizmə məruz qalmış heykəllərin bərpası işi ilə məşğul olub.

Vəfatı

2 dekabr 2017-ci il tarixdə – 71 yaşında, Odessada vəfat edib.

Ailəsi

Atası Ələvsər Babayev 1939 – 1941-ci ildə Bakı Opera Teatrının rəssamı olub. Anası Vera Burnazaki yunan idi.

Ədəbiyyat

  1. Алик Мирзоев: Айболит, парикмахер, мастер маникюра – или просто человек, которому дорога Одесса (фото) : [arx. 12 May 2017 - 15 Aug 2024] : [rus.] // Громадсько-політична газета "СЛОВО". — 2015. — 19 ноября. — Müraciət tarixi: 08.12.2025.
  2. Алик Мирзоев : [rus.] // Эксклюзивные новости от Вячеслава Слисарчука. — 2023. — 22 июля. — Müraciət tarixi: 08.12.2025.

Bildiriş