Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Fuad Rəhimov

AZE.WIKI materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 10:15, 21 yanvar 2026 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Fuad Rəhimov
Rəhimov Fuad Məmməd oğlu
Fuad Rəhimov
Fuad Rəhimov.
Anadan olub 1 sentyabr 1926(1926-09-01)
Anadan olduğu yer Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat edib 1996(1996-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Həyat yoldaşı Məmmədli Adilə Zal qızı
Övladı Nailə
Atası Rəhimov Məmməd
Anası Ağayeva Tamara
Təhsili

 • Bakı Hərbi Dənizçilik Məktəbi (1941–)

 • Meşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, mühəndis-texnoloq ixtisası (1950–1955)
Mükafatları "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1981
"1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945
Adının digər versiyası Фуад Рагимов

Fuad Rəhimov (1926–1996) — neftayırma sənayesi üzrə tanınmış mütəxəssis, Azərbaycan SSR əməkdar mühəndisi. 10 il Sov.İKP-nin XXII qurultayı adına Bakı neftayırma zavodunun (Azərneftyağ) direktoru, 23 il Əliheydər Qarayev adına Bakı Neftayırma Zavodun baş mühəndisi vəzifəsində çalışmışdır.

Haqqında məlumatlar

1 sentyabr 1926-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

1930-cu ildə ailəvi Bakıya köçüblər.

Təhsili

1934 – 1941-ci illərdə Bakı şəhər 132 nömrəli orta məktəbində yeddiillik təhsil alıb.

1941-ci ildə Bakı Hərbi Dənizçilik Məktəbinə daxil olub.

1950 – 1955-ci illərdə Meşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

Hərbçi fəaliyyəti

Bakı Hərbi Dənizçilik Məktəbini bitirdikdən sonra cəbhəyə göndərilib. Müharibə bitdikdən sonra 5 il hərbi donanmada xidmət edib.

1950-ci ildə ordudan tərxis olunub.

Əmək fəaliyyəti

1955 – 1971-ci illərdə Əliheydər Qarayev adına Bakı Neftayırma Zavodunda müxtəlif nəsul vəzifələrdə çalışıb; o cümlədən,

1956 – 1955-ci illərdə quraşdırma rəisi,

1957 – 1958-ci illərdə böyük mühəndis, sex rəisinin müavini,

1958 – 1971-ci illərdə baş mühəndis olub.

1971 – 1972-ci illərdə Bakı Sov.İKP-nin XXII qurultayı adına neftayırma zavodunun (Azərneftyağ) baş mühəndisi,

1972-ci ilin avqustundan – 1982-ci ilin noyabr ayınadək isə direktoru olub.

1982-ci ildən isə Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri institutunda çalışıb.

Təltif və mükafatları

Vəfatı

1996-cı ildə – 70 yaşında, vəfat edib.

Ədəbiyyat

  1. Рагимов Фуад Мамедович : [arx. 20.01.2026] : [rus.] // Память народа. — Müraciət tarixi: 20.01.2026.
  2. Фараджова В. «После того, как Гейдар Алиев уехал в Москву, отца вынудили уйти с работы»-ФОТО : [arx. 20.01.2026] : [rus.] // vesti.az. — . — Müraciət tarixi: 20.01.2026.

Bildiriş