Seyfulla paşa (1852–1909) — Osmanlı ordusunun general-polkovniki.

Seyfulla paşa
Seyfulla paşa
Seyfulla paşa.
Təvəllüdü 1852(1852-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğulduğu yer İlisu, Rusiya
Vəfat tarixi 9 mart 1909 (57 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı dövləti
Dəfn yeri Qaraca Əhməd qəbiristanlığı, İstanbul, Türkiyə
Vəfat səbəbi intihar
Vətəndaşlıq Osmanlı dövləti
Atası Hacı ağa
Uşağı Məqbulə
Təhsili Tiflis gimnaziyası
Hərbi fəaliyyəti
Rütbə general-polkovnik
(ferik-i evvel)
Adının digər versiyaları Сайпулла паша, Сейпулла паша, Сайфулла паша, Сейфулла паша

Haqqında məlumatlar

1852-сi ildə İlisuda anadan olub.

Təhsili

Tiflis gimnaziyasını bitirib.

Mühacirət etməsi

18 yaşında – atası və üç qardaşından sonra İstanbula mühacirət edib.

Hərbçi fəaliyyəti

1873-cü ildən kurmay yüzbaşı (leytenant) rütbəsi ilə Osmanlı ordusunun hərbi əməliyyatlarında iştirak edib.

1877 – 1878-ci illərdə rus-türk müharibəsində Abdulkərim paşanın yavəri və baş qərargah üzvü idi. Müharibədən sonra bir müddət hərbi məktəblərdə dərs deyib. Alman və fransız manevrləri ilə müxtəlif işlər üçün başqa ölkələrə ezam edilib.

1885-ci ildə Afinada hərbi attaşe olarkən “ov etmək” adı altında aylarla Yunanıstanın hər tərəfini gəzib-dolaşıb və hərbi məqsədlər üçün məlumatlar toplayıb. Orada ilk dəfə uçurulan təyyarəyə xarici ölkələrin hərbi attaşelərindən heç biri minməyə yaxınlaşmadığı halda, Seyfulla paşa təyyarəyə minərək min beş yüz metrə qədər yüksəkliyə qalxıb və Xalkida şəhəri yaxınlığında yerə enib. Bir müddət Tesalya Yenişehrində baş konsul vəzifəsində çalışıb. 1897-ci ildə birinci yunan-türk müharibəsi başlayarkən mirliva (general-mayor) rütbəsi alıb və baş qərargah ikinci rəisi vəzifəsini tutub. Müharibə bitdikdə, əvvəl Yenişehr mutasarrıflığında, sonra isə sərhəd müfəttişliyində işləyib. Daha sonra ona əvvəlcə ikinci ferik (general-leytenant), sonra isə birinci ferik (general-polkovnik) rütbəsi verilib. Müxtəlif illərdə Kosovada, İşkodrada, Yanyada vali olub və hərbi qərargahlarda müxtəlif vəzifələrdə çalışıb.

Vəfatı

İskodrada vali olarkən ağır xəstələnib.

9 mart 1909-cu il tarixdə – 57 yaşında, intihar edib. İstanbuldakı Qaraca Əhməd qəbiristanlığında dəfn olunub.

Həyat və fəaliyyətinin öyrənilməsi

1946-cı ildə İstanbulda çap olunmuş “Türk məşhurları ensiklopediyası”nda onun haqqında da məqalə var. Məqalənin sonunda Seyfulla paşanın həyat və fəaliyyəti belə qiymətləndirir: “Meziyyetli (əxlaqlı) bir insan və dəyərli bir əsgər olaraq tanınmışdı”[1].

İnternetdə Seyfulla paşanın qızı Məqbulənin 1947-ci ildə İstanbul radiosunun “Keçmişdə bugün” adlı verilişinin redaktoru Feridun Fazıl Tülbentçiyə yazdığı məktubu və sonuncunun ona cavab məktubu yerləşdirilib. Feridun Fazıl Tülbentçi Məqbuləyə cavab vermişdi ki, “Atanızın vəfatı miladi tarixinə görə 9 martdır. O axşam radionuzun başında ola bilsəniz, rəhmətlik atanız haqqındakı söhbətimizi dinləyəcəksiniz”[2].

2011-ci ildə Timirlan Aytberov və Şaxban Xapizovun müəllifliyi ilə Mahaçqalada rus dilində çap olunmuş “Yelisu və Dağ mahalı ХII–ХIХ əsrlərdə (tarix oçerkləri və onomastika)” adlı kitabda göstərilir ki, guya “Türk məşhurları ensiklopediyası”nda Seyfulla paşanın avar dilini bilməsi qeyd olunub[3]?! Əslində həmin mənbədə belə bir şey yoxdur[1]. Birinci müəllif, xüsusilə anti-Azərbaycan mövqeyi ilə seçilən şəxslərdən biridir. Görünür, müəlliflər Seyfulla paşanı süni yolla avarlaşdırmaq istəyirlərmiş? O cümlədən, “Türk məşhurları ensiklopediyası”nda Seyfulla paşanın təyyarə ilə 1.500 m yüksəyə qalxması qeyd olunduğu halda, onlar Seyfulla paşanın aeroplanla 500 m yüksəkliyə qalxdığını yazırlar. “Türk məşhurları ensiklopediyası”nda Seyfulla paşanın intihar etdiyi göstərilsə də, onlar bunu qeyd etməyiblər və s. 2012-сi ilin yayında isə Marko Şaxbanov və Timur Aytberov özlərinin yazdıqlarına görə Xasavyurt (Dağıstan, Rusiya Federasiyası) meri Sayqidpaşa Umaxanovun təklifi ilə Dağıstan-Türkiyə əlaqələrini araşdırmaq üçün Yalovada (Türkiyə) keçirilimmiş elmi-konfransda iştirak ediblər. Orada Seyfulla paşanın qız nəvəsi Adil Tüncayı tapıblar. Sonuncu onları Qaraca Əhməd qəbiristanlığına aparıb və ulu babalarının qəbirlərini – o, cümlədən, Seyfulla paşanın qəbrini onlara göstərib. Marko Şaxbanov və Timur Aytberov geri qayıtdıqdan sonra yazdıqları məqalələrində Seyfulla paşanın başdaşındakı ölüm tarixini (hicri 16 səfər 1327) göstərsələr də, bunu Qriqori təqviminə düz çevirə bilməyiblər, 9 mart əvəzinə, 8 mart yazıblar[4]. Həmçinin, “Türk məşhurları ensiklopediyası”na istinad etdikləri halda, Seyfulla paşanın rütbəsini də mənbədə yazıldığına uyğun göstərə bilməyiblər. Belə ki onların yazdıqları kimi Seyfulla paşa heç də general-leytenant [4] deyildi, ferik-i evvel idi və bu rütbə isə müasir general-polkovnik rütbəsinə uyğun gəlir.

Azərbaycanda isə 2025-ci ilədək Seyfulla paşanın adı yalnız bir dəfə “İlisu (ensiklopedik məlumat kitabı)”nda çəkilmişdi[5], lakin orada onun haqqında məlumat cəmi iki cümlədən ibarət idi. Yalnız 2025-ci ildə Şəki Ensiklopediyası saytında bu məqalənin yaradılması ilə və “Şəki Ensiklopediyası” jurnalının birinci nömrəsində Seyfulla paşa haqqında məqalənin dərc olunması[6] ilə onun həyat və fəaliyyətinə ilk dəfə diqqət yetirilmiş oldu.

Digər

Seyfulla paşanın 1905-ci ildə Salonikidə (hal-hazırda Yunanıstan) tikdirdiyi (yaxud onun üçün tikilmiş) imarət 1976-cı ildə tarixi abidə elan olunub.

Şəkillər və sənədlər

Ailəsi

Atası

Hacı ağa. 1860-cı ildən rus ordusunun polkovniki olub. Lev Tolstoyun “Hacı Murad” povestində onun adı Hacı Muradın başını kəsən şəxs kimi göstərilir. 1868-ci ildə Hacı ağa, oğlu Adıgörklü bəy ilə İstanbula mühacirət edib. 1879-сu ildə orada vəfat edib və Qaraca Əhməd qəbiristanlığında dəfn olunub.

Qardaşları

Məhəmmədxan bəy. 1866-cı ildən Leyb-qvqrdiya kazak polkunun polkovniki idi. Daniyal sultanın dul qızı Nanə xanımı almışdı. Daha sonra İsgəndər xan Xoyskinin qızı Böyük bəyimlə evlənib. Bu nikahdan Əhməd xan və Cəfərqulu xan adlı oğulları doğulub (hər ikisi gənc yaşında – 1891-ci ildə, lakin biri Nuxada, o biri isə İstanbulda vəfat edib). Türkiyədə isə Məhəmməd xanın həyat yoldaşının adı Firdovs idi (Bu Böyük bəyimdirmi?). Məhəmməd xan Türkiyəyə mühacirət etdikdən sonra “Mehmet paşa Müxlis” adı ilə tanınıb və türk ordusunun general-leytenantı (ferik) olub. 23 fevral 1896-cı il tarixdə orada vəfat edib. Qaraca Əhməd qəbiristanlığında dəfn olunub. Ölümündən bir ay keçməmiş – martın ikinci, yaxud aprelin birinci yarısında, həyat yoldaşı Firdovs də vəfat edib və ərinin qəbrinin yanında dəfn olunub. Oğlanları Cəfər (Cəfərqulu) isə onlardan 4-5 il əvvəl vəfat etmişdi.

1858-ci ildə Aleksandr Düma Nuxada olarkən hansısa Məhəmməd xanla görüşmüş, onun mayor rütbəsində olduğunu, sinəsində “Georgi xaçı” ordeni gəzdirdiyini, onun Şəkinin axırıncı xanının nəvəsi, Daniyal sultanın isə bacısı oğlu olduğunu öz kitabında qeyd etmişdir[7]. Mümkündür ki, Dümanın kitabında söhbət Hacı ağanın oğlu Məhəmmədxan bəydən gedir, amma məlumatlar bir qədər dəqiq deyil.

Adıgörklü 1868-ci ildə atası Hacı ağa ilə İstanbula mühacirət edib.

Məhəmmədsadıq 1839-cu ildə anadan olub. O, da atası və iki qardaşı kimi İstanbula mühacirət edib.

Övladı

Seyfulla paşanın qızı (adı məlum deyil) Nuxada yaşayan qardaşı oğlu Ədilxana ərə getsə də qısamüddətli evlilikdən sonra boşanaraq Türkiyəyə qayıtmış və Ədilxandan doğduğu qızı Firdovsu da özü ilə Türkiyəyə aparmışdır[qeyd 1]. Firdovs böyüyəndən sonra Türkiyədə Səlim Tüncay adlı şəxslə ailə qurub, Müxlis adlı oğlanları və Qədəm adlı qızları doğulub. Qədəm yuqoslaviyalı müsəlmana ərə gedib.

Yuxarıda qeyd edildi ki Seyfulla paşanın qızı Məqbulə 1947-ci ildə Feridun Fazıl Tülbentçi ilə məktublaşıb və həmin məktublar hal-hazırda hamı üçün əlçatandır, yəni internetdədir. İnternetdə Seyfulla paşanın bu qızının gənclik şəkli də var. Qucağında Sabit adlı körpə oğlunu saxlayıb[8]. Lakin bilinmir ki, Məqbulə Seyfulla paşanın Ədilxandan boşanmış qızıdır, ya başqa qızı?

Nəsil şəcərəsi

İsmayıl xan və Hacı Tuti ağadan başlayan nəslin şəcərəsi


 
Kəlbəli bəy
 
Sara bəyim
 
İsmayıl xan
 
Hacı Tuti ağa
 
 
 
Lələ ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsgəndər xan Xoyski
 
Səadət bəyim
 
 
 
 
 
Hacı ağa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Səltənət bəyim
 
Cahangir xan Xoyski
 
Səltənət bəyim
 
Böyük bəyim
 
Məhəmməd Müxlis paşa
 
Nanə və Firdovs
 
Adıgörklü, Məhəmmədsadiq
 
Seyfulla paşa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əfşan xanım
 
Əmiraslan xan Xoyski
 
Sara bəyim, Sehran bəyim, Teymur xan
 
Cəfərqulu xan
 
Əhməd xan
 
Pəri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cəfər ağa
 
Bilqeyis bəyim
 
 
 
 
 
 
 
Bilqeys
 
Ədilxan
 
Məqbulə, yaxud bacısı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azad Xan-Xoyski (Cahangirli)
 
Leyla
 
Fuadəhməd
 
Məmmədmüxlis
 
Tuti
 
Seyfullapaşa
 
Firdovs
 
Səlim Tüncay
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tamerlan (Teymur), Nadir, Tofiq və Vaqif
 
 
 
Teymur, Zemfira və Faiq
 
 
 
 
 
 
 
 
 
Müxlis Tüncay
 
Qədəm Tüncay
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Adil Tüncay və Alev Tuncay (qardaş-bacı)
 

Həmçinin, bax:

Həmçinin, bax:

Qeydlər

  1. ↑ Bir məlumata görə 1960-cı illərdə bir dəfə Kirovabada (indiki Gəncə) gəlmiş və atası ilə görüşmüş (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336), digər məlumata görə isə 1963-cü ildə atası ilə görüşmək istəmiş, amma icazə ala bilməmişdir (ŞMASL, 2-ci kitab, 2009, s. 216). Əslində isə o, qızı Qədəm ilə 1968-ci ildə Tbilisiyə gəlib və atası ilə görüşüb. Amma ona yalnız Gürcüstan SSR-ə viza verildiyinə görə Azərbaycana keçə bilməyib. Bəzən səhvən Qədəm Ədilxanın qızı hedab edilir (ŞMASL, 2-ci kitab, 2009, s. 216), lakin o, Ədilxanın nəvəsidir (qızının qızı). 1999-cu ildə Şəkidən Türkiyəyə getmiş Müqabil Baqiyev orada Ədilxanın ahıl yaşlı qızı ilə və həmin qızın nəvəsi (qızının qızı) ilə görüşmüşdür. Digər məlumatlara görə isə elə həmin illərdə Şəkidən Türkiyəyə getmiş Roza adlı qadın (Abdulla Həşimovun həyat yoldaşı) İstanbul Universitetində oxuyan öz oğlu Abidinlə orada Ədilxanın Firdovsi adlı qızı ilə görüşmüş, bu görüşdə Firdovsun Almaniyada yaşayan oğlu da iştirak etmiş və bu görüşdə Firdovs öz qız nəvəsinin İngiltərə şahzadəsi ilə evlənməsi barədə onlara məlumat vermişdir (İlisu (ensiklopedik məlumat kitabı), 2012, s. 336).

İstinadlar

Ədəbiyyat

  1. Ссылка // Акты, собранные Кавказской археографической комиссией / под редакцией: А. П. Берже. — Тифлис, 1873. — Т. V. — С. 1121. — ISBN 978-5-458-67810-0.
  2. Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 151. — 200 nüsx.
    Nuxəvi Ə. İstinad edilən səhifə // Qazıxana dəftəri / Kamandar Şərifov. — Bakı: Nurlan, 2008. — Səhifələrin sayı:  161. — Səh.: 102. — 200 nüsx.
  3. Hacı Seyid Əbdülhəmid. Şəki xanları və onların nəsilləri // Şəki xanlığının tarixindən = Шәки ханлығынын тарихиндән / Бабаев Ф. (редактор). — Азәрбајҹан ССР Элмләр Академиясы Тарих Институту. — Бакы: Азәрбајҹан ССР Элмләр Академиясы Нәшрийяты, 1958. — Səhifələrin sayı:  68. — Səh.: 31.
  4. Gövsa İ.A. Seyfullah Paşa // Türk Meşhurları Ansiklopedisi. — İstanbul: Yedigün, 1946.
  5. Nəbiyev Ə. Конный завод в «Ахмедбейли» // Əhməd Nəbiyevin qələmə aldığı Şəki haqqında tarixi-etnoqrafik materiallar (əlyazma).
  6. Айтберов Т.М., Хапизов Ш.М. Елису и Горный магал в ХII–ХIХ вв. (очерки истории и ономастики). — Махачкала, 2011. — 390 с. — ISBN 978-5-905784-42-2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 27 Dec 2022 - 24 Dec 2024.
  7. Шахбанов М., Айтберов Т. О жизни и семье Хаджиги Елисуйского : [arx. 23 Dec 2013 - 2 Oct 2018] : [rus.] // mkala.mk.ru. — 2013. — 20 декабря. — Müraciət tarixi: 21.01.2025.
  8. Seyfulla bəy Hacı ağa bəy oğlu // İlisu (ensiklopedik məlumat kitabı) / Murtuzayev S.M. (tərtibçi). — İkinci nəşr. — Bakı: Vətən, 2012. — Səhifələrin sayı:  416. — Səh.: 321.
  9. Düma A. Qafqaz səfəri. — Qanun, 2014. — Səh.: 162 – 163. — ISBN 978-9952-26-792-1.
  10. Seyfullah Paşa Kimdir,Hayatı : [arx. 21.02.2025] : [tur.] // Hakkında Bilgi. — 2017. — 22 Kasım. — Müraciət tarixi: 21.02.2025.
  11. Ədil xan // Şəkidə məhəllə adları, soyadlar və ləqəblər / Zəkəriyyə Əlizadə, Ulduz Mürşüdova və Kamil Adışirinov. — AMEA Şəki Regional Elmi Mərkəzi. — Bakı: Nafta–Press, 2009. — 2 kitab. — II  kitab. — Səhifələrin sayı:  605. — Səh.: 212-218. — 500 nüsx. — ISBN 5-8066-1708-4.
  12. Fotoğraf : Fotoğraf Lot: 975 : [arx. 22.01.2025] : [tur.] // Moda Müzayede. — 2024. — 8 Aralık. — Müraciət tarixi: 22.01.2025.
  13. İşkodra Vali-i Cedidi Birinci Ferik Atufetli Seyfullah Paşa hazretleri : [arx. 22.01.2025] : [tur.] // Salt Araşdırma. — Müraciət tarixi: 22.01.2025.
  14. Seyfullah Paşa'nın kızı Makbule'nin Feridun Fazıl Tülbentçi'ye gönderdiği Seyfullah Paşa'nın vefat tarihiyle ilgili mektup. Feridun Fazıl Tülbentçi'nin Seyfullah Paşa'nın kızına gönderdiği cevap niteliğinde mektup : [arx. 09.02.2025] : [tur.] // Salt Araşdırma. — Müraciət tarixi: 09.02.2025.
  15. Seyfulla paşa (1852-1909) // Məmmədov A. Şəki Ensiklopediyası : jurnal. — Şəki, 2025. — № 1 (1). — Səh. 11 – 13. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 22 fevral 2025.

Bildiriş