Bu məqalə saytın akademik məqaləsidir.
Bu məqalə saytın yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ AZE.WIKI redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Mordox villası

AZE.WIKI materialı
Naviqasiyaya keç Axtarışa keç
Tarixi abidə
Mordox villası
yun.: Βίλλα Μορντώχ
türk.: Seyfulla Paşa köşkü
Mordox villası.
Mordox villası.
Mordox villası.
Ölkə Yunanıstan
Şəhər Saloniki
Arxitektura üslubu neoklassizm, renessans barokko, türk-barokko, modernizm
Layihə müəllifi Ksenofondas Peonidis
Rəssam Nurəddin
Banisi Seyfulla paşa
Tikinti ???—1905 
Status tarixi abidə
Mordox villası (Yunanıstan)
 40°35′57″N 22°57′16″E / 40.599038°N 22.954441°E / 40.599038; 22.954441

Mordox villası, və ya Seyfulla paşa imarəti — Salonikidəki (Yunanıstan) ən yaraşıqlı tarixi binalarından biri, XX əsrin əvvəllərinə aid tarixi abidə. Binada Saloniki Bələdiyyəsinin xidmətləri yerləşir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Binanın təsviri[Vizual/Mobil redaktə | HTML redaktə]

Bina, Salonikidə eklektik memarlığının salamat qalmış sonuncu nümunələrindəndir. İki mərtəbəli, kirəmit damlı, yarımzirzəmili, künclərinin birində xarakterik qülləsi olan bu binaya mövcud girişlərin qarşısındakı geniş eyvanlarla daxil olmaq mümkündür. Memarlıq xüsusiyyətlərində Neoklassik, Renessans, Barokko, Türk-Barokko və Modern elementlərinin təsirləri hiss edilir. Otaqların tavanı freskalarla bəzədilmişdir, onlardan birində rəssamın adı və binanın tikilmə tarixi göstərilir: “Nurəddin 1905”.

Binanın tarixi[Vizual/Mobil redaktə | HTML redaktə]

1905-ci ildə o dövrün ən məşhur yunan memarlarından biri olan Ksenofondas Peonidisin layihəsi əsasında Osmanlı canişini Seyfulla paşa üçün tikilmişdir.

1909-cu ildə Seyfulla paşa İstanbulda intihar etdi və İstanbuldakı Qaraca Əhməd qəbiristanlığında dəfn olundu. 1923-cü ilin iyununda Seyfulla paşanın həyat yoldaşı bu imarəti İsaak Yakob Salom və Mark Yakob Saloma satdı. 1930-cu ildə isə imarət varlı yəhudi Samuel Mordoxa satıldı və bundan sonra “Mordoch villası” adlanmağa başladı.

İkinci Dünya müharibəsində almanlar Yunanıstanı işğal edən kimi bina alman hərbi qüvvələri tərəfindən rekvizisiya edildi və onlar şəhərin azad olunmasınadək ondan inzibati məqsədlər üçün istifadə etdilər. Bundan sonra binada qısa müddət ərzində yunan ordusunun qərargahları yerləşdi. 1947-ci ildə bina Yunanıstan Krallığı Hərbi Hava Qüvvələri tərəfindən rekvizisiya edildi. Sonra burada “Agia İrini” uşaq evi, daha sonra isə 1952-ci ilədək hərbi kollec zabitlərinin ailələri yerləşdirildi.

1952-ci ildə Saloniki məhkəməsi Samuel Mordoxun dul arvadı Nellinin bina üzərində mülkiyyət hüququnu tanıdı. O isə öz növbəsində binanı 550.000 (yeni) draxmaya sosial sığorta təşkilatına satdı.

12 iyun 1976-cı il tarixdə bina tarixi abidə elan edildi. 1980-ci illərin əvvəllərindən binada Saloniki Bələdiyyəsinin xidmətləri fəaliyyət göstərir. Həmin ildən Saloniki Bələdiyyə Qalereyasının xidmətləri də yeni binalara köçürülənədək burada idi.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Krionas K. Βίλα Μορντώχ: Μια βίλα με πολλές ιστορίες : [arx. 8 Jun 2023 - 10 Sep 2024] // culturalsociety.gr. — Müraciət tarixi: 12.02.2025.

Bildiriş[HTML redaktə]