Nazim Hüseynli
Nazim Hüseynli — tanınmış jurnalist, şair, yazıçı və publisist, “Şəki Ensiklopediyası” MMC media subyektinin əməkdaşı, “Oğuz xəbərləri” qəzetinin redaktoru (məsul redaktor).
Haqqında məlumatlar
7 mart 1953-cü il tarixdə Vartaşen (indiki Oğuz) rayonunun Xaçmaz kəndində anadan olub.
Təhsili
1970-ci ildə Xaçmaz kənd orta məktəbini,
1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsini bitirib.
Əmək fəaliyyəti
1975-ci ildən, əvvəl Oğuz rayonunda çıxan “Oğuz yurdu” (“Lenin bayrağı”) qəzetinin redaksiyasında müxbir, sonra şöbə müdiri,
1988 – 1998-ci illərdə redaktor müavini,
1998 – 2023-cü illərdə isə redaktor vəzifəsində çalışıb.
2025-ci ildən “Oğuz yurdu” qəzetinin bazasında yeni yaradılmış “Oğuz xəbərləri” qəzetinin redaktorudur (məsul redaktor).
Ədəbi yaradıcılığı
Yaradıcılığa orta məktəbin yuxarı siniflərində oxuyarkən başlamış, bədii yazıları respublikanın qəzet və jurnallarında, Yazıçılar Birliyinin ədəbi orqanlarında – “Bahar çiçəkləri”, “Yaşıl budaqlar” və “Yeni səslər” almanaxlarında dərc edilib.
1991-ci ildə “Yazıçı” nəşriyyatında hekayələrdən ibarət “Şabalıdlı dərə” adlı ilk kitabı çap olunub.
Təltif və mükafatları
- “Tərəqqi” medalı (2005).
- “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı (2005).
Digər
1999-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin,
2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Azərbaycan yazıçılarının XI qurultayının nümayəndəsi, son iki qurultayının iştirakçısı olub.
Ailəsi
Ailəlidir. 3 övladı var.
Kitabları
- “Şabalıdlı dərə”, hekayələr, Bakı, “Yazıçı”, 1991, 160 səh, tirajı 4000.
- “Oğuz lətifələri”, lətifələr, Bakı, “Nasir”, 2000, 50 səh, tirajı 500.
- “Uzun hörüklü qız”, hekayələr, Bakı, “Nasir”, 2001, 96 səh, tirajı 250.
- “Oğuzdur elim mənim”, oçerk, məqalə və müsahibələr, Bakı, “Nasir” 2008, 368 səh, tirajı 350.
- “Yurdum, torpağım, əzəl ünvanım Oğuz”, oçerk, məqalə və müsahibələr, Bakı, “Nasir”, 2012 , 376 səh, tirajı 350.
- “Qədim Oğuz yurdu Xaçmaz kəndi”, tədqiqat, araşdırma, Bakı, ”Nasir”, 2015, 294 səh, tirajı 300.
- “Bütovlük həsrəti”, şeirlər və poemalar, Bakı, “Vətən”, 2018, 146 səh, tirajı 500.
- “Vətən mənə oğul desə...”, oçerk və məqalələr, Bakı, “Vətən”, 2018, 300 səh, tirajı 100.
- “Oğuz adı ürəyimdə”, oçerk və məqalələr, Bakı, “MM-S”, 2018, 176 səh, tirajı 200.
- “Ver, verim”, satirik şeirlər, Bakı, “Bakı mətbəəsi”, 2022, 46 səh, tirajı 200.
- “Torpaq uğrunda şəhid varsa Vətəndir”, şəhidlər haqqında yazılar, Bakı, “MM-S”, 2024, 208 səh, tirajı 200.
- “Oğuzlu həkimlər-sağlamlığın sayıq keşikçiləri”, oçerk və məqalələr , Bakı, “MM-S”, 2024, 168 səh, tirajı 150.
- “Hamıdan da Vətən üstün”, şeirlər, Bakı, “Elm və təhsil”, 2025, 106 səh, tirajı 200.
- “Oğuz soraqlı, Vətən sevdalı insanlar”, oçerk və məqalələr , Bakı, “Elm və təhsil”, 2025, 334 səh, tirajı 100.
Tərtib etdiyi almanaxlar
- “Kövrək addımlar”, şeir və hekayələrdən ibarət almanax, Bakı, “Nasir”, 2002, 94 səh, tirajı 200.
- “Oğuzun sözü”, şeir və hekayələrdən ibarət almanax, Bakı, “Nasir”, 2006, 122 səh, tirajı 200.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- N
- Şəxslər (familiya sırası ilə)
- 7 martda doğulanlar
- Martda doğulanlar
- 1953-cü ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif edilənlər
- Şəxslər (ad sırası ilə)
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr