Yaşar Babayev
| Yaşar Babayev | |
|---|---|
| Babayev Yaşar Abdulrəşid oğlu | |
| Yaşar Babayev. | |
| Şəxsi məlumatlar | |
| Təvəllüdü | 10 mart 1950 |
| Anadan olduğu yer |
Nuxa (indiki Şəki), |
| Vəfatı | 1 oktyabr 2018 (68 yaşında) |
| Vəfat yeri |
Şəki, |
| Vətəndaşlığı |
|
| Həyat yoldaşı | Babayeva Nəzarət Qədir qizı |
| Uşaqları | Vüqar və Nübar |
|
|
|
| Musiqi alətləri | tar, ud, saz |
| Təhsili |
• Şəki Orta İxtisas Musiqi Məktəbi, tar sinfi (1964–1968) • Dərbənd Mədəniyyət və İncəsənət İnstitutu (Dağıstan Respublikası, Rusiya Federasiyası), ifaçılıq alətləri fakültəsi, tar sinfi (2004–2010) |
Yaşar Babayev (1950–1918) — tanınmış musiqiçi-pedaqoq, Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin sabiq direktoru və həmin məktəbinin müəllimlərdən ibarət xalq çalğı alətləri ansamblının rəhbəri. Tarın, udun və sazın mahir ifaçılarından biri hesab olunurdu.
Haqqında məlumatlar
10 mart 1950-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1959 – 1964-cü illərdə Nuxa şəhər 1 №-li uşaq musiqi məktəbində,
1964 – 1968-ci illərdə Şəki Orta İxtisas Musiqi Məktəbində,
2004 – 2010-cu illərdə isə Dərbənd Mədəniyyət və İncəsənət İnstitutunun (Dağıstan Respublikası, Rusiya Federasiyası) ifaçılıq alətləri fakültəsində tar ixtisası üzrə musiqi təhsili alıb.
Əmək fəaliyyəti
1968 – 1994-cü illərdə Şəki şəhər 1 №-li uşaq musiqi məktəbində tar müəllimi,
1994-cü ildən – 2018-ci ilin mart ayınadək Şəki Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində çalışıb.
Digər
1965-ci ildə onun təşəbbüsü ilə Nuxa şəhər M.Füzuli adına mədəniyyət və istirahət parkında “Gənclik” xalq çalğı alətləri ansamblı təşkil edilib.
1977-ci ildə isə yenə onun təşəbbüsü ilə “Zirvə” vokal-instrumental ansamblı yaradılıb və o, özü ansamblın konsertmeysteri olub. Bu ansambl 1978-ci ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Ümumittifaq Komsomolunun yaranmasının 60 illiyinə həsr olunmuş baxış müsabiqəsində 1 yeri tutmuş, qızıl medal və laureat adına layiq görülmüşdür. Dəfələrlə Azərbaycan Televiziyasında çıxışlar etmiş, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə, şəhər və rayonlarda qastrol səfərlərində iştirak etmişdir.
Vəfatı
1 oktyabr 2018-ci il tarixdə – 68 yaşında, Şəkidə vəfat edib. Şəkidə Çöl qəbiristanlığında dəfn olunub.
Ailəsi
Ailəli idi, iki övladı var.
Ədəbiyyat
Təhmirazqızı S. YAŞAR BABAYEV // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 178. — 300 nüsx.
Bildiriş
© 2019 – 2026 AZE.WIKI |
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir. |
- Y
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- 1950-ci ildə doğulanlar
- 10 martda doğulanlar
- Martda doğulanlar
- 1 oktyabrda vəfat edənlər
- Oktyabrda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə ifaçılıq sənəti” kitabına istinad olunan məqalələr
- AZE.WIKI:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr